• Rus Dili
  • Reklam
    » » Abutalıbova ciddi zərbə-parkomatlar əlindən alınır
    

    Abutalıbova ciddi zərbə-parkomatlar əlindən alınır

    16-03-2016, 11:35
    Oxunub: 385
    Şərhlər: 0
    Çap versiyası
    Abutalıbova ciddi zərbə-parkomatlar əlindən alınır
    Yaxın vaxtlarda paytaxtda parkinqlərə və duracaq yerlərinin təşkilinə nəzarət BŞİH-dən alınaraq Bakı Nəqliyyat Agentliyinə veriləcək
    Aznews.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda Bakı şəhəri üzrə parkinqlərə və duracaq yerlərinin təşkili üçün parkomatlara nəzarət BŞİH-dən alınacaq: “Bu funksiyaya nəzarət yeni yaradılan Bakı Nəqliyyat Agentliyinə həvalə olunacaq. Bundan əlavə, elektron idarəetmə, paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyəti ilə bağlı pərakəndəliyi aradan qaldırmaq onlara tapşırılacaq və parkomat nəzarətçilərini də o qurum idarə edəcək. Hazırda həmin qurumun əsasnaməsi formalaşdırılır. Əsasnaməyə görə, Bakıda olan sərnişin nəqliyyatının bütövlükdə idarəolunması o quruma verilir”.

    Yada salaq ki, prezident İlham Əliyevin 2012-ci ildə Nazirlər Kabinetinin iclasında Bakıda yol kənarında avtomobillərin saxlanılması və böyük parkinqlər tikilənədək bu məsələnin tənzimlənməsi barədə göstərişi Bakı meri üçün yeni qazanc yerinə çevrilib. Prezidentin bu iradından sonra Abutalıbov özünə yeni biznes yaratmağa başladı. Belə ki, müəyyən olunmuş ərazilərdə parkomatlar quraşdırıldı və sürücülərə burada maşın saxlamağa icazə verildi.
    Abutalıbova ciddi zərbə-parkomatlar əlindən alınır
    Ardınca şəhərin küçə və prospektlərində, parkların və metro çıxışlarının ətrafında və digər ərazilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qanunsuz yaradılmış duracaqlar ləğv edildi. Əvəzində nəqliyyatın hərəkətinə maneçilik törətməyən ərazilər hesab edilən yerlərdə yeni duracaqların yaradılması işinə başlanıldı. Belə duracaqlarda ödənişlərin elektron formada həyata keçirilməsi üçün ilkin olaraq Fransadan müasir tipli 1000 aparat-parkomat gətirildi və 5 ay ərzində onların 500-ü müəyyən edilmiş müvəqqəti duracaqlarda quraşdırılıb sürücülərin ixtiyarına verildi. İndiyə qədər sürücülərin 20-30 qəpiyə istifadə etdikləri xidmət illərdir ki, 30 dəqiqə üçün 50 qəpik, hər bir saat isə 1 manatdır. Yığılan pulların isə kimin cibinə getdiyi sirr deyil...
    Abutalıbova ciddi zərbə-parkomatlar əlindən alınır
    Amma tətbiq edilən yeni qayda da tıxac problemini aradan qaldırmağa yetmədi. Abutalıbovun Fransadan milyonlarla vəsait hesabına Bakıya gətirtdiyi parkomatlar gözlənilən ümidləri doğrulda bilmədi. Parkomatların xaricdən alınmasına, quraşdırılmasına milyonlar xərcləndi, amma ortada bir nəticə yoxdur. Qeyd edək ki, parkomatların Abutalıbovun nəzarətinə keçməsi hələ o zaman Nəqliyyat Nazirliyinin ciddi narazılığına səbəb olmuşdu.

    Bakı Nəqliyyat Agentliyi isə ötən ilin dekabr ayının 21-də yaradılıb. Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə tapşırılıb ki, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görsün.

    “Yeni Müsavat”скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.