Samir Şərifov qayıtdı, Azərbaycan 1 milyard dollarlıq istiqraz yerləşdirdi » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Samir Şərifov qayıtdı, Azərbaycan 1 milyard dollarlıq istiqraz yerləşdirdi
    

    Samir Şərifov qayıtdı, Azərbaycan 1 milyard dollarlıq istiqraz yerləşdirdi

    23-03-2016, 17:41
    Oxunub: 489
    Şərhlər: 0
    Çap versiyası
    Samir Şərifov qayıtdı, Azərbaycan 1 milyard dollarlıq istiqraz yerləşdirdi
    “Cənub Qaz Dəhlizi” şirkəti 10 il müddətinə 1 milyard dollar həcmində avroistiqrazların ilkin yerləşdirilməsini həyata keçirdi.
    Virtualaz.org xəbər verir ki, bunu “Global Capital” agentliyi bildirib.

    Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

    “Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" banklarından ibarət sindikat səlahiyyətləndirilmişdir. “Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda cıxıs edir.

    Buraxılışın gəlirliyi suveren istiqrazlara nəzərən 80 baza bəndi təşkil edib. “Cənub Qaz Dəhlizi” şirkətinin istiqrazlarının emissiyası dövlət təminatı altında 7% gəlirliklə 1 milyard dollar həcmində proqnozlaşdırılırdı. Lakin “Citi Bank”, “UniCredit” və “JP Morgan” bir gün ərzində bu səviyyədə qiymətəmələgəlmə prosesini bitirə bilməyiblər. Qiymətli kağızlar nominalın 99,112 faizi həcmində 6,875 kupon faiz dərəcəsi ilə satılıblar.

    Tələbatın böyük qismini ABŞ və Böyük Britaniyadan olab investorlar formalaşdırıblar.

    “Cənub Qaz Dəhlizi” layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.