• Rus Dili
  • Reklam
    » » Frankfurtdan Bakıya daşınan 16.8 milyard avronun sənədlərini yayan polkovnikə dələduzluq itihamı
    

    Frankfurtdan Bakıya daşınan 16.8 milyard avronun sənədlərini yayan polkovnikə dələduzluq itihamı

    26-03-2016, 19:00
    Oxunub: 437
    Şərhlər: 0
    Çap versiyası
    Frankfurtdan Bakıya daşınan 16.8 milyard avronun sənədlərini yayan polkovnikə dələduzluq itihamı
    Frankfurtdan Bakıya daşınan 16.8 milyard avronun sənədlərini yayan polkovnikə dələduzluq itihamı
    Bir neçə ay əvvəl Almaniyadan Bakıya 16.8 milyard avro məbləğində nəğd pulun daşındığı və həmin pulların Cahangir Hacıyevin imzası ilə Azərbaycan Beynəlxalq Bankına mədaxil olunduğunu göstərən sənədləri mətbuata ötürmüş keçmiş xüsusi xidmət polkovniki dələduzluqda ittiham olunur.


    “Qafqazinfo” xəbər verir ki, vaxtilə Əks-Kəşfiyyat Xidmətində işləmiş polkovnik, hazırda bizneslə məşğul olan Tofiq Rəcəbovun barəsində dələduzluqla bağlı polisə şikayət daxil olub. Bakı şəhər sakini Məhərrəm Məhərrəmov Baş Polis İdarəsinə müraciət edərək bildirib ki, Tofiq Rəcəbov etibarından sui-istifadə edərək 2011-ci ildə torpaq satmaq adı ilə ondan 100 min ABŞ dolları alıb və qaytarmayıb. Şikayət ərizəsi Nəsimi RPİ 20-ci Polis Bölməsinə göndərilib, araşdırma aparılır.


    Frankfurtdan Bakıya daşınan 16.8 milyard avronun sənədlərini yayan polkovnikə dələduzluq itihamı
    T.Rəcəbovun adı keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından və onun MTN-dəki qruplaşmasının zərərsizləşdirilməsindən sonra mətbuatın gündəminə gəlib. Bu şəxs bəyan edib ki, bəzi nazirlər Azərbaycanda dövlət çevrilişi həyata keçirmək planı üzərində işləyiblər və “xarici qüvvələr” həmin planı dəstəkləmək üçün Azərbaycana 18 milyard avro nəğd pul göndərib. T.Rəcəbov deyib ki, o, həmin plan haqda Avropa ölkələrindən birində olarkən eşidib və Bakıya qayıdaraq məsələ barədə Eldar Mahmudovu məlumatlandırıb. Ancaq ona deyiblər ki, bu haqda bir də danışsa sağ qalmayacaq.

    Daha sonra T.Rəcəbov Bakıya 18 milyard avronun (əslində məbləğin bir qədər az-16.8 milyard avro olduğu sənədlərdən məlum oldu) daşınmasına və Beynəlxalq Banka mədaxil edilməsinə dair sənədləri açıqladı.

    Virtualaz.org araşdırmışdı ki, əslində həmin pul Almaniyanın "Deutsche Bank”ının Frankfurt filialından Seyid Saleh Hüseyni adlı İran vətəndaşı tərəfindən Bakıya göndərilib.Hərəsində 100 milyon avro olmaqla 168 bağlama avronun (cəmi 16 milyard 800 milyon avro) Bakı aeroportuna gətirilib, daha sonra pullar Cahangir Hacıyevin imzasını daşıyan sənədlə Azərbaycan Beynəlxalq Bankına mədaxil edilib.

    Frankfurtdan Bakıya daşınan 16.8 milyard avronun sənədlərini yayan polkovnikə dələduzluq itihamı
    Seyid Saleh Hüseyninin kimliyini araşdıranda məlum oldu ki, Azərbaycanın Baş prokurorluğu onun barəsində beynəlxalq axtarış elan edib və şəxsin adı İnterpol-un axtardığı şübhəlilər siyahısındadır. O, sənədləri saxtalaşdırmaqda ittiham olunur. Lakin Baş prokurorluqdan Seyid Saleh Hüseyniyə qarşı qaldırılmış cinayət işi, onun hansı sənədləri saxtalaşdırdığı haqda heç bir məlumat əldə etmək mümkün olmadı.

    Bununla belə dəqiqləşdirdik ki, həmin şəxs 2015-ci ilin mayında İstanbulda İnterpol tərəfindən saxlanılıb, ancaq polis bölməsindən kimlərinsə müdaxiləsi ilə buraxılıb və beynəlxalq axtarışda olduğu halda onun Türkiyəni tərk etməsinə şərait yaradılıb. Türkiyə mətbuatı ehtimal edirdi ki, bu şəxs Rza Zərrab kimi beynəlxalq sanksiyalardan yayındırılan İran pullarının transferini həyata keçirib.

    Bir müddət sonra isə T.Rəcəbov demişdi ki, onun mətbuata açıqladığı sənədlərlə bağlı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi cinayət işi başladıb. Keçmiş xüsusi xidmət zabiti idarəyə çağırıldığını və ifadəsinin alındığını da deyib. Bu cinayət işinin istintaqı barədə məlumat yoxdur, ancaq görünən odur ki, indi T.Rəcəbovun özünü dələduzluqda ittiham edirlər...

    Frankfurtdan Bakıya daşınan 16.8 milyard avronun sənədlərini yayan polkovnikə dələduzluq itihamıFrankfurtdan Bakıya daşınan 16.8 milyard avronun sənədlərini yayan polkovnikə dələduzluq itihamıскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.