• Rus Dili
  • Reklam
    » » `Biz ABŞ-la yaxın tərəfdaşıq` - İlham Əliyev
    

    `Biz ABŞ-la yaxın tərəfdaşıq` - İlham Əliyev

    31-03-2016, 00:31
    Oxunub: 395
    Şərhlər: 0
    Çap versiyası
    `Biz ABŞ-la yaxın tərəfdaşıq` - İlham Əliyev

    Biz ABŞ-la ikitərəfli əlaqələrimizi yüksək qiymətləndiririk.

    Bu sözləri ABŞ-da səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Con Kerri ilə keçirilən press brifinqdə deyib.

    O, ilk növbədə ABŞ prezidenti Barak Obamaya Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün etdiyi dəvətə görə təşəkkür edib:

    “Bu dostluq və tərəfdaşlıq əlamətidir. Mən bizim qarşılıqlı əlaqələrimizi yüksək qiymətləndirirəm. ABŞ Azərbaycan münasibətlərinin uzun 25 illik tarixi var. Bu münasibətlər həmişə yaxın, səmimi olub və strateji tərəfdaşlıq səviyyəsindədir.
    Bizim inkişaf edən iqtisadi əməkdaşlığımız mövcuddur, ABŞ şirkətləri təxminən
    10 milyard bizim iqtisadiyyatımıza sərmayə qoyub. Bu uğurlu iqtisadi əməkdaşlığın və ölkəmizin iqtisadi inkişafının göstəricisidir.

    Biz birgə vacib layihələri, Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən neft layihələrini ilk dəfə ABŞ-ın ciddi dəstəyi ilə icra etmişik, bu gün isə “Cənub” qaz dəhlizinin üzərində işləyirik. Bu enerji təhlükəsizliyi, diversifikasiyası və bütün iştirakçıların – istehsalçı, tranzit və istehlakçıların uzun müddətli xeyrinə olan layihədir. ABŞ hökumətinə bu layihənin icrasında güclü dəstəyinə görə təşəkkür edirik”.

    Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsinə toxunan prezident İlham Əliyev bildirib ki, münaqişə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyri şərtsiz geri çəkilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll edilməlidir:

    “Ermənistan Azərbaycan arasında münaqişə, post-sovet ərazisindəki münaqişələr, eləcə də bütün dünyadakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Biz həmçinin regionda təhlükəsizlik istiqamətində də yaxın tərəfdaşıq.

    Azərbaycan Əfqanıstandakı əməliyyatlara logistik dəstək göstərir. Hava və quru nəqliyyatı, eləcə də bizim təxminən 100 hərbi qulluqçumuz NATO qoşunları ilə Əfqanıstanda çiyin çiyinə xidmət göstərir. Bizim münasibətlərimizin gündəliyi genişdir. Bu gün görüşümüz bu məsələləri, eləcə də regional problemləri əhatə edəcək. Əminəm ki, bu görüş bizim dost münasibətlərimizin inkişafında mühüm rol oynayacaq”. (Apa)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.