• Rus Dili
  • Reklam
    » » Hilal Məmmədov 13 min avro uddu
    

    Hilal Məmmədov 13 min avro uddu

    4-02-2016, 20:56
    Oxunub: 506
    Şərhlər: 0
    Çap versiyası
    Hilal Məmmədov 13 min avro uddu
    APA-nın AİHM-ə istinadən verdiyi məlumatına görə, məhkəmə ona qarşı Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddəsinin və vəkilin həbsxanada onunla görüşə bilməsini nəzərə alaraq individual müraciətlə bağlı 34-cü maddəsinin pozulduğunu elan edib.

    AİHM həmçinin 13 min avro dəyərində mənəvi və 2,5 min avro dəyərində digər xərclər üçün təzminatla bağlı qərar çıxarıb.

    Qeyd edək ki, "Tolişi Sədo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməyib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.