• Rus Dili
  • Reklam
    » » Britaniyanın XİN rəhbəri Tbilisidə “Cənub Qafqaz qaz boru kəmərinin tikintisi ilə tanış olub
    

    Britaniyanın XİN rəhbəri Tbilisidə “Cənub Qafqaz qaz boru kəmərinin tikintisi ilə tanış olub

    31-03-2016, 23:53
    Oxunub: 356
    Şərhlər: 0
    Çap versiyası
    Britaniyanın XİN rəhbəri Tbilisidə “Cənub Qafqaz qaz boru kəmərinin tikintisi ilə tanış olub
    Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, energetika naziri Kaxa Kaladze və bu ölkədə səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Filip Hamond birlikdə Rustavi rayonu ərazisində Cənub Qafqaz qaz boru kəmərinin genişləndirilməsi işləri ilə tanış olublar.
    Gürcüstanın Energetika Nazirliyindən "Report"a bildiriblər ki, “British Petroleum”un “Şahdəniz” layihəsinin 2-ci fazası çərçivəsində kəmərin ötürmə gücünün artırılması barədə britaniyalı qonağa məlumat verilib.
    “Şahdəniz- 2” layihəsi vasitəsilə ildə 16 milyard kubmetr Azərbaycan təbii qazının Avropaya çatdırılacağı vurğulanıb.
    Qeyd olunub ki, layihənin Gürcüstan hissəsinə 2 milyard ABŞ dolları investisiya yatırılıb. Layihə işə düşdükdən sonra Gürcüstana nəql olunan təbii qazın da qiymətinin enəcəyi gözlənilir. “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan Cənubi Qafqaz qaz boru kəməri vasitəsilə Xəzərdən çıxarılan təbii qaz Azərbaycan- Gürcüstan-Türkiyə sərhədinə, oradan isə TANAP vasitəsilə Avropaya ötürüləcək.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.