• Rus Dili
  • Reklam
    » » Aİ-nin ali nümayəndəsi Qarabağ münaqişəsi tərəflərini atəşkəsə əməl etməyə çağırıb
    

    Aİ-nin ali nümayəndəsi Qarabağ münaqişəsi tərəflərini atəşkəsə əməl etməyə çağırıb

    2-04-2016, 18:51
    Oxunub: 350
    Şərhlər: 0
    Çap versiyası
    Aİ-nin ali nümayəndəsi Qarabağ münaqişəsi tərəflərini atəşkəsə əməl etməyə çağırıb
    Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Dağlıq Qarabağdakı vəziyyətə görə dərindən narahatdır və bütün tərəfləri atəşkəsin pozulması halını dərhal dayandırmağa çağırır.
    “Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
    "Təmas xətti boyunca döyüşlərin getməsi barədə xəbərlər dərin narahatçılıq doğurur. Mən bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və atəşkəsə riayət etməyə çağırıram. Tərəflər təmkinlilik nümayiş etdirməli və gərginləşməyə səbəb ola biləcək addım və bəyanatlardan yayınmalıdırlar", — deyə Avropa diplomatiyasının rəhbəri bildirib.
    Onun sözlərinə görə, Aİ insanların, xüsusilə də dinc sakinlərin itkisindən təəssüflənir.
    "Aİ ATƏT-in Minsk qrupu və üç həmsədrin səylərini tam olaraq dəstəkləyir. Biz hər iki tərəfin atəşkəsə ciddi əməl edəcəyini, güc tətbiqindən çəkinəcəyini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün səylərini bərpa edəcəyini gözləyir", — deyə bəyanatda qeyd olunur.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.