• Rus Dili
  • Reklam
    » » Prezident İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil"
    

    Prezident İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil"

    5-04-2016, 17:04
    Oxunub: 975
    Şərhlər: 0
    Çap versiyası
    Prezident İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil"
    Prezident İlham Əliyevə məxsus “twitter” hesabından (@azpresident) son günlər cəbhədə baş verən hadisələrə dair qısa mesajlar paylaşılıb.

    Ölkə başçısı qeyd edib ki, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində vəziyyətin gərginləşməsi Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır.

    Prezident İ.Əliyev "Ermənistanın təxribatı layiqincə cavablandırılmış, ona sarsıdıcı zərbə vurulmuş, Azərbaycanın üstünlüyü daha da möhkəmlənmişdir", - deyə vurğulayıb.

    Dövlət başçısı bildirib ki, Ermənistan sülh, işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səylərini status-kvonu saxlamağa yönəldib.

    "Danışıqlar prosesinin 20 illik tarixində bütün həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atıb və daim gərginlik yaradıb", - deyə prezident əlavə edib.

    İ.Əliyev Azərbaycanın sadəcə təxaribatlara cavab verdiyini vurğulayıb: "Ermənistan bütün imkanlardan istifadə edir ki, günahı Azərbaycanın üzərinə atsın. Azərbaycan sadəcə, təxribata cavab verib".

    Ölkə başçısı Azərbaycanın müharibə istəmədiyini, münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib: "Ancaq Azərbaycan bundan sonra da sonu bəlli olmayan bir prosesdə sadəcə, görüntü naminə iştirak etmək fikrində deyil.

    Azərbaycanın prinsipial mövqeyi var. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır".

    Prezident sonda vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: "Problemin başqa həlli yolu yoxdur".


    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.