• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli: " Burada tək Rusiya deyil, Qərb də bizdən dayanmağı tələb edirdi."
    

    Əhəd Məmmədli: " Burada tək Rusiya deyil, Qərb də bizdən dayanmağı tələb edirdi."

    5-04-2016, 21:28
    Oxunub: 697
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli: " Burada tək Rusiya deyil, Qərb də bizdən dayanmağı tələb edirdi."



    Əhəd Məmmədli
    Svilizasiyala və konfliktlər analitik mərkəzinin
    rəhbəri



    Azərbaycan prezidentinin məhz ABŞ-a səfəri zamanı Qarabağda iri miqyaslı hərbi əməliyyatların başlaması aydın məsələdir ki köhnə ssenariyanın təkrarlanması idi. Yəni Rusiyanın məqsədi yenə də Azərbaycan üzərinə Ermənistanı salmaq sonra da bununla rəsmi Bakını şantaj edərək qərbyönümlü siyasətdən əl çekdirmək idi . Amma, bu dəfə ermənilər də, ruslar da gözləmədiyi sürprizlə üzləşdilər. Azərbaycan tərəfi rus-erməni koalisiyasının provakasiyasına çox sərt cavab verdi. Bu sərtliyin fonunda Azərbaycanın arxayınlığı o saat sezilirdi. Atəşkəsdən sonra ilk dəfə idi ki, Azərbaycan Qarabağda ermənilərə belə rahat və sərt şəkildə cavab verdi. Ancaq, cavabdan o yana gedə bilmədi çünki, nə Qərb nə Rusiya buna imkan vermədi. Rusiyanın təpkisi isə daha ciddi ola bilərdi. Lavrovun bu günkü müsahibəsində bunu aydın müşahidə etmək olardı. Qısa müddətdə erməniləri atəşkəsə sövq etməyimiz təbii ki, uğurdur və hətta deyərdim ki, uğrumuzun başlanğıcıdır.
    Tam olmasa da psixoloji baxımdan üstünlüyə yiyələndik. Ən azı erməni ordusu gözümüzdə məğlubedilməz görünməyəcək. Üstəgəl dünya ictimaiyyəti də gördü ki, Azərbaycan Rusiya olmasa Ermənistandan üstündür. Atəşkəs gözlənilirdi gərək siyasətdən çox uzaq olasan ki, Azərbaycanın bu dəfə bundan daha uzağa gedəcəyini düşünəsən. Çünki, Azərbaycan tərəfinə təxribata cavab verməkdən o yana getmək çox riskli ola bilərdi. Burada tək Rusiya deyil, Qərb də bizdən dayanmağı tələb edirdi. Suriya düyünü həll olunmamamış yeni müharibə ocağı heç kəsə lazım deyildi. Düzdür, Azərbaycan hakimiyyəti heç olmasa bir-iki gün hərbi manevrləri uzada bilərdi. Fikrimcə bunu da ona görə etmədilər ki, Azərbaycan hakimiyyəti xalqından da da çəkindi. Xalqımızın belə ruh yüksəkliyi, müharibə istəməsi artıq bu yöndə mitinqlər keçirməsi rejimi çəkindirən amilərdən oldu. Hakimiyyət bilidi ki,hücumun daha qızğın və məhsuldar dönəmində atəşkəs etsəydi xalq bunu ona bağışlamayacaqdı. Və həm də oyanan, ayağa qalxan və əli silahlı xalqı hər diktatura özü üçün təhlükə kimi görür. Bu dörd günlük müharibədə biz qalib çıxdıq, həm hərbi həm də psixoloji cəhətdən. Bu kiçik qələbə böyük qələbənin başlanğıcı ola bilər. Və artıq danışıqlarda da güclü tərəf kimi ermənilər yox biz çıxış edəcəyik.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.