• Rus Dili
  • Reklam
    » » Poroşenko: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"
    

    Poroşenko: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"

    6-04-2016, 01:06
    Oxunub: 633
    Şərhlər: 0
    Çap versiyası
    Poroşenko: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"
    Ukrayna prezidenti Pyotr Poroşenko aprelin 5-də Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

    APA-nın xəbərinə görə, Poroşenko Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son hadisələrlə bağlı narahatlığını ifadə edib.

    Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə beynəlxalq təşkilatlar çərçivəsində həllinin vacibliyini vurğulayıblar.

    Ukrayna prezidenti bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlli ilə bağlı ölkəsinin mövqeyinin dəyişməz olduğunu bildirib.

    Söhbət zamanı Azərbaycan və Ukrayna prezidentləri ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.