• Rus Dili
  • Reklam
    » » Azərbaycan və Türkiyə prezidentlərinin görüş vaxtı açıqlanıb
    

    Azərbaycan və Türkiyə prezidentlərinin görüş vaxtı açıqlanıb

    13-04-2016, 14:44
    Oxunub: 358
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycan və Türkiyə prezidentlərinin görüş vaxtı açıqlanıb
    Prezident İlham Əliyev bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. ANS PRESS-in Türkiyə prezidentinin saytına istinadla verdiyi məlumata görə, görüş Mabeyn Köşkündə baş tutuacaq. İki prezidetin görüşü Türkiyə vaxtı ilə saat 17: 00-a təyin edilib.

    Bu gün prezident İlham Əliyev Türkiyəyə səfərə gedib. O, 14-15 aprel tarixlərində İstanbulda İslam Əməkdaşlığı Təşkilatının 13-cü zirvə toplantısında iştirak edəcək. Toplantıya İlham Əliyevlə bərabər 10 ölkənin prezidenti qatılacaq.

    Prezident İlham Əliyev martın 15-də də Türkiyədə səfərdə olub. Həmin vaxt Türkiyədə güclü partlayışlar baş verdiyi üçün Rəcəb Tayyib Ərdoğan Türkiyə - Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Bakıya gələ bilməmişdi. İclasın ilk olaraq fevral ayında Gəncədə keçirilməsi nəzərdə tutulmuşdu.
    Lakin qatı dumanlı hava şəraiti ilə bağlı toplantının yeri dəyişdirilib və Bakı təyin edilib. Fevral ayının 17-də keçiriləcək toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılmalı idi.
    İkinci dəfə səfərin vaxtı mart ayının 15-nə təyin edilib. Gözlənilən səfərdən iki gün öncə Ankarada törədilən və 37 nəfərin ölümünə səbəb olan terror aktı törədildi. İlk günlər Ərdoğanın Bakı səfərinin reallaşacağı deyilirdi. Lakin sonradan Türkiyə prezidentinin Azərbaycana səfəri ləğv edildi.

    R.T.Ərdoğanın səfəri ləğv edilsə də, Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfər edəcəyi açıqlandı. İlham Əliyevin həmin vaxt Türkiyəyə səfər etməsi cəmiyyət tərəfindən xoş qarşılanmışdı.
    Ərdoğan da prezident İlham Əliyevin səfərini yüksək qiymətləndirmişdi. "Biz əslində bu toplantını Bakıda keçirəcəkdik. Amma terrorla əlaqədar bu alınmadı. Sağ olsun, qardaşım İlham Əliyev, dedi, biz gələk, bu toplantını Ankarada edək".

    İlham Əliyev isə Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, biz bu gün türk xalqının yanındayıq: “Birliyimiz əbədidir. Yaxşı günlərdə də, ağır günlərdə də daima bir-birimizin yanındayıq."

    Səfər zamanı Türkiyə və Azərbaycan arasında 6 sənəd imzalanıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.