• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli: " Artıq Qarabağ məsələsində siyasi iradə göstərilməlidir"
    

    Əhəd Məmmədli: " Artıq Qarabağ məsələsində siyasi iradə göstərilməlidir"

    21-04-2016, 11:02
    Oxunub: 678
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli: " Artıq Qarabağ məsələsində siyasi iradə göstərilməlidir"


    Əhəd Məmmədli
    Svilizasiyala və konfliktlər analitik mərkəzinin
    rəhbəri



    Aprel ayının əvvəlində Azərbaycan və Ermənistan arasında baş verən qısamüddətli müharibə iki ölkə ictimaiyyətində hələ də müzakirə mövzusudur. Bu da təbii haldır. Azərbaycan hakimiyyəti deyir ki, möhtəşəm qələbə qazanmışıq. Bununla qəti razılaşmayanların arqumenti isə budur ki, bir təpəyə görə 100 nəfər itki vermək olmaz. Kənardan isə reallıq daha yaxşı görünür. Müharibənin 4 gün belə şiddətli davam etdiyi bir zamanda düşman ölkənin prezidenti Serj Sarkisyan təcili Almaniyaya səfər etdi. Ermənistan Rusiyadan tutmuş bütün dünyaya Azərbaycandan şikayət etməyə başladır. Əvvəl razılaşmasa da nəticə olaraq sonra işğalçı qonşularımız birtərəfli şəkildə atəşi kəsməyə məcbur oldular. Birinci Qarabağ savaşında vəziyyət əksinə idi. Azərbaycan hər kəsə şikayət edirdi, dünya ölkələrini Ermənistanı dayandırmağa çağırırdı. Rusiya və Qərb mətbuatına nəzər yetirsək, əcnəbi hərbi ekspertlər Azərbaycan tərəfinin daha güçlü olmasını və bu qısamüddətli müharibədə xeyli üstünlük əldə edməsini vurğulayırlar. Erməni ictimaiyyəti də bunu etiraf etməyə məcbur oldu. Fransa mətbuatında bu gün dərc olunan maraqlı bir yazıda reallığı əks etdirən bir nüans, kiçik qələbə də olsa Azərbaycan bu 4 günlük müharibədə revanşı ilə siyasi, psixoloji üstünlük qazandığı diqqət çəkməyə bilməz .
    Bəli söhbət məhz siyasi üstünlükdən gedir. Hansını ki, başda Ermənistan olmaqla bütün dünya bu üstünlüyün şahidi oldu və hələ də müzakrə mövzusu olaraq qalmaqdadır. Hələ üstəlik nəzərə alsaq ki, adətən hucum edən tərəf çox itki verir, lakin bizim ordumuzun düşmən ordusuna nisbətdə iki, hətta üç dəfə az itki verməsi məsələnin həm də hərbi tərəfdən uğuru kimi qiymətlədirlməlidir.
    Azərbaycan bu 4 günlük müharibədə hakimiyyətin dediyi kimi "möhtəşəm qələbə" də qazanmadı, amma ən azı psixoloji üstünlük qazandı. 22 ildən sonra ilk dəfə biz yox ermənilər məğlub tərəf kimi göründülər. İndi əsas məsələ bir xalq, cəmiyyət, dövlət olaraq bunun daha böyük miqyasda davamını arzulamaqdayıq. İlham Əliyev iqtidarı Qarabağ məsələsində artıq siyasi iradə göstərməlidir. Əks halda 4 günlük müharibədə qazanılan siyasi dividentləri itiriləcək. Bu da daxildən Azərbaycan iqtidarına qarşı istifadə ediləcək. Bu dəfə əvvəlkilərdən fərqli olaraq narazılıqların tək müxalifət tərəfindən deyil, həm də xalq tərəfindən iqtidara yönəlməsinə gətirib çıxara bilər. Bu isə Əliyev hakimiyyəti üçün ən qorxunc ssenari ola bilər
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.