• Rus Dili
  • Reklam
    » » İki gənc Müsavat Partiyasından istefa verdi
    

    İki gənc Müsavat Partiyasından istefa verdi

    7-05-2016, 08:16
    Oxunub: 573
    Şərhlər: 0
    Çap versiyası
    İki gənc Müsavat Partiyasından istefa verdi
    Müsavat Partiyasından “AG blok”çuların istefası davam edir. Musavat.com-un xəbərinə görə, “AG blok”un təsisçilərindən olan Tural Abbaslının istefasından sonra Əhəd Məmmədli və Rüfət Hacıbəyli də partiyadan çıxıblar.

    Ə.Məmmədli istefası barədə musavat.com-a özü məlumat verib. O bildirib ki, 15 ildir Müsavatın üzvüdür: “Partiya üzvü olduğum bu 15 ildə vicdanla fəaliyyət göstərdiyimi və hakimiyyətlə mübarizənin önündə olanlardan biri olduğumu düşünürəm. Müsavatçılıq ideologiyasının Azərbaycanın azadlığının, inkişafının və xoşbəxtliyinin əsas yolu olduğuna səmimi qəlbdən inanmışam və bu gün də inanıram. Ancaq təəssüflər olsun ki, partiyanın son qurultayından sonra Müsavat bayrağı altında bu idelogiyaya uyğun olmayan xətt tutuldu. Mən və dostlarım bu yanlışı düzəltməyə cəhd etsək də, niyyətimizə nail ola bilmədik.

    Mən bizdəki mübarizə enerjisinin Azərbaycanın rifahına sərf olunmasının tərəfdarıyam. Odur ki, Azərbaycanın üç rəngli bayrağında da öz əksini tapmış əsl müsavatçılıq ideologiyasına sadiq qalaraq yeni ad altında fəaliyyət göstərərək mübarizə aparmaq qərarına gəlmişəm. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq Müsavatdan istefa verdiyimi bəyan edir, əsl müsavatçılara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram”.

    İki gənc Müsavat Partiyasından istefa verdi

    Partiyanın keçmiş başqanı İsa Qəmbərin gənclərlə iş üzrə sabiq müşaviri, təşkilatın Məclis üzvü Rüfət Hacıbəyli də oxşar arqumentlərlə partiya sıralarından istefa verib.

    Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Digər namizəd Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı isə 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə “AG blok” yaratdığını elan edib. O da Müsavatdan istefa verib. Hazırda “AG blok” partiyaya çevrilir. Ə.Məmmədli və R.Hacıbəyli də T.Abbaslının tərəfdarlarındandır.

    RÖYAскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.