• Rus Dili
  • Reklam
    » » "Rusiya Qarabağ məsələsində təklənir"
    

    "Rusiya Qarabağ məsələsində təklənir"

    10-05-2016, 17:32
    Oxunub: 316
    Şərhlər: 0
    Çap versiyası
    "Rusiya Qarabağ məsələsində təklənir"
    Ermənistan parlamenti "Dağlıq Qarabağ Respublikasının" tanınması ilə bağlı qanun lahiyəsi müzakirə edir. Bu o, deməkdir ki, perspektivi olmayan sülh danışıqlarının davamından danışmaq blefdən başqa bir şey deyil.

    Bu gün MN könüllülərə müraciət edib. Bu o, deməkdir ki, MN artıq qisməm səfərbərlik etmıyə hazırlaşır. Eyni zamanda Qarabağ veteran və əlləri cəbhə bölgəsində əsgərlərlə görüş keçirdib. Həm də Türkiyənin Jandarm rəisi Azərbaycana səfər edib, Müdafiə naziri General Palkovnik Zakir Həsənovla Türkiyə -Azərbaycan hərbi əməkdaşlığı müzakirə olunub. İndiki məqamda belə bir səfər ciddi məqamlardan xəbər verir. Qarabağ məsələsində Rusiya fəallığı ilə seçilsə də, Qərb daha çox müşahidəçi rolunda çıxış edir.

    Qərbi prosesdə Türkiyə təmsil edir. Son bir ayda dövlət başçılarının qarşılıqlı səfərləri , Türkiyənin dövlət başçısının Ermənistan və Rusiyaya ünvanlanan mesajları eyni zamanda Qərbin mesajdır. ABŞ Maldovada baza yerləşdirib , Gürcüstan və Maldovanda hərbi təlimlərin keçiriləcəyi deyilir . Eyni zamanda NATO Türkiyə vasitəsilə Azərbaycanda hərbi baza yaradır. Rusiyanı narahat edən də məhz budur. İndiki məqamda Qarabağ məsələsində Masa arxasına keçmək Ermənistandan daha çox Rusiyanın marağındadır. Hərbi əməliyyatlarla Qarabağın qaytarılması Ermənistanın yox, Rusiyanın məğlub olması anlamına gələr. Həm də Qərb və Türkiyə bölgədə möhkəmlənəcək.

    Bu da Rusiyanın marağına ziddir. Buna görə də Rusiya 5 rayonun qaytarılması məsələsini yenidən gündəmə gətirir. Həm vaxt qazanır, həm də özünün bölgədə mövqeyini qoruyub saxlamaq istəyir. Rusiyanın xarici işlər naziri Sergey Lavror Bakıya səfəri zamanı Putinin dəvətini Prezident İlham Əliyevə çatdırsa da hələ ki, prizidentin Rusiyaya səfəri baş tutmayıb. Eyni zamanda XİN Elmar Məmmədyarov "Rusiyanın təklifinin maraqlı tərəfləri olsa, da Ayisperqin görünməyən tərəfləri var" mesajını vermişdi. Bu o, deməkdir ki, rəsmi Bakı ilə Kremel arasında ciddi fikir ayrılığı var.

    Qarabağ məsələsi Avrasiya ittifaqı arasında da ciddi fikir ayrılığı yaradır. Belərusiya və Qazaxıstan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu da Rusiyanın Qarabağ məsələsində təklənməsi deməkdir. İran ilə Qərb ölkələri arasında buzlar yeni əriyib .Həm də İranda 40 milyondan artıq soydaşlarımız yaşayır. İran prosesə birbaşa müdaxilə etməklə , özünü həm daxili həm də xarici təzyiqlə qarşı -qarşıya qoymaz. Qarabağ münaqişənin həlli üçün heç zaman olmayan münbit şərait yaranıb , situasiyadan maksimum yararlanmaq lazımdır.
    Rüfət Əliyev, politoloqскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.