• Rus Dili
  • Reklam
    » » Devalvasiyadan bəri «Azercell» 155 milyon manat irəli düşüb
    

    Devalvasiyadan bəri «Azercell» 155 milyon manat irəli düşüb

    11-05-2016, 12:52
    Oxunub: 509
    Şərhlər: 0
    Çap versiyası
    Devalvasiyadan bəri «Azercell» 155 milyon manat irəli düşüb
    2015-ci ildə «Azercell»in əməliyyat gəlirləri 22,4 milyon manat azalsa da, yenə yüksək gəlirlilik qalıb


    Azərbaycanın ən çox say istifadəçisi olan mobil telekommunikasiya oteratoru – «Azercell Telekom» MMC manat dəyərsizləşəndən bəri xeyli qazanc götürə bilib.

    Şirkətin maliyyə hesabatına görə, ötən il təkcə valyuta məzənnəsinin dəyişməsi sayəsində qurum 154 milyon 790 min manat irəli düşüb.

    Əməliyyat gəlirləri azalsa da...

    Hesabatda o da deyilir ki, 2015-ci ildə «Azercell»in əməliyyat gəlirləri 22,4 milyon manat azalsa da, yüksək gəlirlilik qalıb. Ilboyu 410,8 milyon manat gəlir götürülüb.

    Xərclər (250,1 milyon manat) çıxılandan sonra 160,7 milyon manat və ya 2014-cü ildəkindən 2,3 milyon manat çox mənfəət əldə edilib.

    Şirkətə həmin ildəkindən 2 dəfə çox – 64,6 milyon manat mənfəət vergisi hesablanıb.

    «Azercell»in 2014-cü ildə 128,5 milyon, ötən ilsə 254,1 milyon manat təmiz qazancı olub. Səhmdarlar həmin ilin nəticəsinə görə, 2015-ci ildə 130 milyon manat dividend alıblar. Bunun 10 faizi dividend vergisi olaraq dövlət büdcəsinin hesabına keçib.

    Aktivlər artıb

    Son iki ildə «Azercell Telekom» MMC-nin bölüşdürülməyən mənfəəti 252,6 milyon manat artaraq fantastik həddə - 724,6 milyon manata çatıb.

    Şirkət ötən il şəbəkənin inkişafıma 70 milyon manatdan çox sərmayə yatırıb.

    Bu ilin əvvəlinə «Azercell Telekom» MMC-nin aktivləri 18,5 faiz artaraq, 850 milyon manata yaxınlaşıb.

    Şirkətin yenə tək səhmdarı var

    «Azercell» şirkətinin yeganə səhmdarı Cenay Şirkətlər Qrupuna daxil olan «Azertel Telekommunikasion Yatırım Dış Ticaret A.Ş.» (Türkiyə) şirkətidir. Müstəqil jurnalist araşdırmaları bu şirkətdə Azərbaycanın hakim Əliyevlər ailəsinin çox ciddi paya sahib olduğunu üzə çıxarıb. (azadliq.org)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.