• Rus Dili
  • Reklam
    » » Fuad Qəhrəmanlı barəsində həbs qərarı dəyişdirilmədi
    

    Fuad Qəhrəmanlı barəsində həbs qərarı dəyişdirilmədi

    1-02-2016, 15:45
    Oxunub: 587
    Şərhlər: 0
    Çap versiyası
    Fuad Qəhrəmanlı barəsində həbs qərarı dəyişdirilmədi
    Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı həbs qərarının dəyişdirilməsi ilə bağlı verilən şikayətə baxılıb.

    Lent.az-ın məlumatına görə, şikayət təmin edilməyib. Nəsimi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

    Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
    F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, yanvarın 25-də Nəsimi Rayon Məhkəməsində F.Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət üzrə məhkəmə iclası keçirilib. Məhkəmədə vəsatət təmin edilməyib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.