• 17:46 – Müsavat Partiyası ittihamlara cavab verdi 
  • 14:04 – Türkiyə Azərbaycana yeni silahlar verəcək - Ermənilərin "Bakı hücum fürsəti gözləyir" təlaşı 
  • 13:49 – "Xural"ın baş redaktorunun ölkədən çıxışı əngəllənib 
  • 21:14 – İŞİD lideri necə öldürülüb? Türkiyə ordusu da Amerikaya dəstək verib 

Hillari Klintondan FTB agentinə siyasi rüşvət – ABŞ-da seçki öncəsi yeni qalmaqal

 Hillari Klintondan FTB agentinə siyasi rüşvət – ABŞ-da seçki öncəsi yeni qalmaqal

ABŞ-da prezidentliyə namizəd Hillari Klintonun yaxın bir dəstəkçisinin sabiq dövlət katibinin poçt qalmaqalını araşdıran MKİ xəfiyyəsinin yoldaşına 675 min dollar verdiyi iddia olunub.

Avropa.info xəbər verir ki, ABŞ-da bu ilin noyabr ayının 8-də keçiriləcək olan seçkilər öncəsi qalmaqallar bitmək bilmir.

“Wall Street Journal”ın yaydığı xəbərə görə Hillari Klintonun yaxın dostu və dəstəkçisi Virciniya valisi Terry Makaulif Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəis müavini olan Endryu Makkabenin yoldaşına rüşvət olaraq pul verib.

Jill Makkabenin əyalət senat kampaniyasına Makaulifin siyasi fəaliyyət komitəsindən 467500, Virciniya Demokratik Partiyasından isə 207788 dollar pul verildiyi məlum olub.

Verilən pulların MKİ-nin Hillari Klintonun elektron ünvanı ilə bağlı qalmaqalın istintaqa verildiyi 2015-ci ilin iyul ayından 2 ay sonra köçürüldüyü bildirilir.скачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================