• Rus Dili
  • Reklam
    » » Sovetski"də son durum: Sakinlərin narazılığı davam edi
    

    Sovetski"də son durum: Sakinlərin narazılığı davam edi

    31-10-2016, 21:13
    Oxunub: 373
    Şərhlər: 0
    Çap versiyası
    Sovetski"də son durum: Sakinlərin narazılığı davam edi

    Bakının “Sovetski” kimi tanınan məhəlləsində 2014-cü ildən etibarən başlanan köçürmə işləri bu günlərdə də davam etdirilir.

    Bu zamana qədər 3827 yaşayış və qeyri-yaşayış sahəsi bu ərazidən köçürülüb. Yayılan məlumatlara görə, “Sovetski” məhəlləsi söküləndən sonra onun yerində yeni yaşıllıq zolağı salınacaq. Artıq boşaldılan 26 hektarlıq ərazi park və yaşıllıq salınması üçün hasara alınıb.

    Bəzi ərazilərdə bütün evlər sökülüb. Bəzi yerlərdə isə hələ də verilən pulla razılaşmayanlar qalıb. Onların isə vəziyyəti acınacaqlıdır. Məlum olduğu kimi, "Sovetski"də evlər əsasən sıx-sıx tikilmişdi. Həmçinin böyük hissəsi 2 mərtəbədən ibarət idi. Bu isə indi bəzi problemlər yaradır.

    Məsələn, 2 mərtəbədən ibarət evlərdə yaşayan ailələrdən biri evinin hər kvadratmetrini təklif edilən 1500 manatla razılaşıb, satır. Digəri isə bu qiymətlə razılaşmır. Bu zaman boşaldılan evi sökməyə gələn icra nümayəndələri ilə sakinlər arasında qarşıdurma yaşanır.

    Bundan da əlavə digər problemlər də var. Köçməyən sakinlərə təzyiq göstərmək üçün icra nümayəndələri min üsula əl atırlar. Bəzi evlərin kommunal xətlərini kəsirlər. Belə şəraitdə yaşamaq çətin olduğu ev sahibi ya razılaşıb, çıxır, ya da müvəqqəti qohumlarının evinə köçür. Bu da icra nümayəndələri üçün fürsət yaradır.
    Mənzil sahiblərinin evdə olmamasından istifadə edən icra nümayəndələri iş maşınlarını gətirdərək, evi sökürlər. Ev sahibi məsələdən agah olana qədər iş-işdən keçir. Hay-küy salması isə bir işə yaramır. Məcbur qalıb, verilən pulla razılaşır.

    "3 gündür ki, su da verilmir"

    Bəzi sakinlər mübarizə aparırlar. Adının çəkilməsini istəməyən "Sovetski" sakini musavat.com-un əməkdaşına bildirib ki, hətta qonşudan qanuni yolla çəkdirdiyi elektrik naqillərini belə kəsirlər: "Evimin kommunal xətlərini kəsiblər. 3 gündür ki, su da verilmir. Aşağı küçədə yaşayan qonşudan evimə elektrik xətti çəkdirdim. Həm də tam qanuni şəkildə... Birbaşa sayğacdan... Yəni işlədirəm və ödənişini də edirəm. Amma gəlib onu da kəsdilər. Hətta gecə saatlarına qədər küçədə adam saxladılar ki, birdən yenə xətti qoşaram. Normalda bunlara ehtiyac olsa gəlməzlər. Adi bir su xəttini kəsmək üçün 10 işçi göndərirlər.
    Evdə otura-otura evimin yanını qazırlar, divarını zədələyirlər ki, mən qorxum və evi tərk edim. Soruşuram ki, "niyə belə edirsiniz", deyirlər ki, "Su axıntısı var, onu axtarırıq". Bura göl deyil, çay deyil. Su xətti də küçənin başındadır. Oradan da xətti dayandırıblar. Təbii ki, bütün bunlar bəhanədir. Məqsəd bizi evdən çıxartmaqdır. Evimin kvadratı azdır, verilən pul sərf etmir. Əks halda, kim burada yaşamaq istəyər?"

    "4-5 ağac əkib, ətrafında villalar, çoxmərtəbəli binalar ucaldacaqlar"

    Vəli Əsgərov adlı "Sovetski" sakini sökülən evlərin yerində park salınacağına inanmadığını deyir: "Ad qoyublar ki, guya burada park salınacaq. Mən də daxil olmaqla, bu söhbətə heç kim inanmır. Hə, ola bilər ki, bir neçə ağac əkib, skamya qoysunlar. Amma şəhərin mərkəzində, bu cür əlverişli məkanda park salmazlar. Əminəm ki, 4-5 ağac əkib, ətrafında villalar, çoxmərtəbəli binalar ucaldacaqlar. Kvadratmetrini də 3-4 min manatdan satacaqlar".
    Son günlər "Sovetski"də boşaldılan evlərdən oğurluq edilməsi ilə bağlı məlumatlar da yayılır. Bu barədə də maraqlandıq. Məlum oldu ki, yayılan informasiyalar səhvdir, daha doğrusu, səhv anlaşılıb.
    Belə ki, evini satan sakinlər fəhlələrlə anlaşırlar. Həmin fəhlələr evin içində yenidən tikinti üçün yararlı olacaq materialları götürürlər və qarşılığında ev sahibinə ödəniş edirlər. Burada oğurluqdan söhbət getmir. (musavat.com)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.