• 17:46 – Müsavat Partiyası ittihamlara cavab verdi 
  • 14:04 – Türkiyə Azərbaycana yeni silahlar verəcək - Ermənilərin "Bakı hücum fürsəti gözləyir" təlaşı 
  • 13:49 – "Xural"ın baş redaktorunun ölkədən çıxışı əngəllənib 
  • 21:14 – İŞİD lideri necə öldürülüb? Türkiyə ordusu da Amerikaya dəstək verib 

Dünyanın ən yaxşı klub, məşqçi və futbolçusu adına namizədlər açıqlanıb

 Dünyanın ən yaxşı klub, məşqçi və futbolçusu adına namizədlər açıqlanıb

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EPAA) birgə təsis etdiyi “Globe Soccer Awards” mükafatına namizədlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, mükafat üç nominasiyada sahibini tapacaq.

İlin futbolçusu mükafatına portuqaliyalı Kriştianu Ronaldo, argentinalılar Lionel Messi və Qonzalo İquain, uelsli Qaret Beyl, fransalı Antuan Qrizmann, həmçinin ingiltərəli Ceymi Vardi iddia edir.

2016-cı ilin ən yaxşı komandası adına İspaniya təmsilçiləri “Real”la “Sevilya”, İsveç “Molde”si, İngiltərə “Lester”i və Polşa “Legiya”sı iddialıdı. İlin məşqçisi nominasiyasında isə 5 namizəd yer alıb. Bunlar Portuqaliya millisinin çalışdırıcısı Fernandu Santuş, “Real”lı Zinəddin Zidan, “Lester”li Klaudio Ranyeri, həmçinin Unay Emeri (PSJ) və Massimiliano Alleqridi (“Yuventus”).

Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 27-28-də Dubayda keçiriləcək. (musavat.com)скачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================