• Rus Dili
  • Reklam
    » » XİN: İstanbulda terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb
    

    XİN: İstanbulda terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb

    1-01-2017, 13:26
    Oxunub: 508
    Şərhlər: 0
    Çap versiyası
     XİN: İstanbulda terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb
    İstanbulda törədilmiş terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb.

    APA-nın sorğusunu cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, İstanbulda baş vermiş terror aktı nəticəsində Azərbaycan vətəndaşı olan bir kişinin də yaralanması barədə məlumat daxil olub.

    Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.

    H. Hacıyev deyib ki, hadisə zamanı xəsarət almış qadının vəziyyəti qənaətbəxş sayılıb və o, xəstəxanadan buraxılıb.

    Xatırladaq ki, bundan öncə Xarici İşlər Nazirliyi APA-nın sorğusuna cavab olaraq İstanbulda törədilmiş terror aktında yaralananlar arasında Azərbaycan vətəndaşı olan bir qadının olduğunu açıqlamışdı.

    Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində Santa Klaus geyimli naməlum silahlı İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.

    ***

    saat 11.16

    İstanbulda törədilmiş terror aktında yaralananlar arasında Azərbaycan vətəndaşı olan bir qadının olması barədə məlumat daxil olub.

    Bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

    H. Hacıyev deyib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.


    ***

    saat 11.03

    İstanbulda törədilmiş terror aktında ölən və yaralananlar arasında Azərbaycan Respublikasının vətəndaşlarının olub-olmaması faktı Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən Türkiyənin müvafiq dövlət orqanları ilə araşdırılır.

    Bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

    H. Hacıyev deyib ki, hər hansı məlumat olduğu təqdirdə, bu barədə məlumat veriləcək.

    Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində Santa Klaus geyimli naməlum silahlı İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.