• 17:46 – Müsavat Partiyası ittihamlara cavab verdi 
  • 14:04 – Türkiyə Azərbaycana yeni silahlar verəcək - Ermənilərin "Bakı hücum fürsəti gözləyir" təlaşı 
  • 13:49 – "Xural"ın baş redaktorunun ölkədən çıxışı əngəllənib 
  • 21:14 – İŞİD lideri necə öldürülüb? Türkiyə ordusu da Amerikaya dəstək verib 

İstanbulda terror aktı nəticəsində yaralanan azərbaycanlılardan birinin adı məlum olub

 İstanbulda terror aktı nəticəsində yaralanan azərbaycanlılardan birinin adı məlum olub
Bu gecə İstanbulun "Reina" klubuna silahlı hücum nəticəsində yaralanan iki azərbaycanlıdan birinin adı məlum olub.

Türkiyənin Səhiyyə Nazirliyindən "Report"un Türkiyə bürosuna verilən məlumata görə, yaralılardan biri Günel Həsənovadır.

Qeyd olunur ki, yaralı Hasaki Eğitim Araşdırmalar Xəstəxanasına yerləşdirilib.

Yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan "Report"un Türkiyə bürosuna verilən məlumata görə, yaralılar arasında biri kişi, digəri isə qadın olmaqla 2 azərbaycanlı da var.

"Onlar hadisənin baş verdiyi "Reina" gecə klubuna yaxın xəstəxanaya yerləşdiriliblər. Hazırda Baş Konsulluq Türkiyənin Səhiyyə Nazirliyi ilə yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır", - deyə məlumatda bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin "Report"a verdiyi məlumata görə, yaralı qadının vəziyyəti qənaətbəxş olduğuna görə, o artıq xəstəxanadan evə buraxılıb.скачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================