• 00:50 – Rusiyada Azərbaycana qarşı təxribat - Səfirlik nota verdi 
  • 18:25 – Qüdrət Həsənquliyev: “Prezidentin islahatları genişlənəcək” 
  • 14:42 – Qəzaya uğramış təyyarəmiz parça-parça olub 
  • 17:00 – Bombalardan, güllələrdən Türkiyəyə qaçan suriyalı qaçqınlar haqda "doğru" kimi təqdim olunan yalanlar - FOTO 

Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb və izahat istənilib

Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb və izahat istənilibAzərbaycan Xarici İşlər Nazirliyi Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb.

Musavat.com xəbər verir ki, məlumatda deyilir:

"14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülən işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib".
скачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================