• 17:46 – Müsavat Partiyası ittihamlara cavab verdi 
  • 14:04 – Türkiyə Azərbaycana yeni silahlar verəcək - Ermənilərin "Bakı hücum fürsəti gözləyir" təlaşı 
  • 01:55 – Sui-istifadə hallarına artıq dözə bilmərik - Məmmədyarov 
  • 21:14 – İŞİD lideri necə öldürülüb? Türkiyə ordusu da Amerikaya dəstək verib 

Fərari erməni hərbi qulluqçu təmas xəttində saxlanılıb - RƏSMİ

Fərari erməni hərbi qulluqçu təmas xəttində saxlanılıb - RƏSMİ
Avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.

Bu barədə musavat.com-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür.

Hazırda A.X.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Fərari erməni hərbi qulluqçu təmas xəttində saxlanılıb - RƏSMİ
Fərari erməni hərbi qulluqçu təmas xəttində saxlanılıb - RƏSMİскачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================