• 23:15 – ABŞ-ın Azərbaycandakı səfirliyi 19 oktyabr mitinqi ilə bağlı bəyanat yaydı 
  • 19:39 – Ermənilər Bakı və Moskva arasında “qaratikan” rolunda 
  • 17:11 – Vilayət Eyvazov mayoru işdən çıxardı - Nöqsanlara görə 
  • 15:09 – İsrailin 6 illik planını Türkiyə 6 günə məhv etdi 

Əmək pensiyasının minimum məbləği artırıldı - Prezidentdən SƏRƏNCAM

Əmək pensiyasının minimum məbləği artırıldı - Prezidentdən SƏRƏNCAM
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Azərtac xəbər verir ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

Sənədə əsasən, (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir.

Sənədlə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.скачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================