• 17:46 – Müsavat Partiyası ittihamlara cavab verdi 
  • 14:04 – Türkiyə Azərbaycana yeni silahlar verəcək - Ermənilərin "Bakı hücum fürsəti gözləyir" təlaşı 
  • 01:55 – Sui-istifadə hallarına artıq dözə bilmərik - Məmmədyarov 
  • 21:14 – İŞİD lideri necə öldürülüb? Türkiyə ordusu da Amerikaya dəstək verib 

"Ailə üzvlərinə qarşı iddia olunan şiddətlərin icra olunması nəinki siyasətçiyə, heç sivilizasiya və mədəniyyətdən uzaq qalmış birinə belə yaraşmaz."

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızları Sanay və Selcan, o cümlədən həyat yoldaşı Zümrüd Yağmur zorakılığa məruz qaldıqlarını təsdiqləyiblər. AĞ partiya başqanı Tural Abbaslının Baku.ws saytına bu məsələ ilə bağlı verdiyi müsahibəni təqdim edirik.

Deyilənlər öz təsdiqini taparsa, qeyd olunan ata ilk növbədə ailəsindən, sonra təmsil etdiyi partiyadaşlarından və cəmiyyətdən üzr istəyərək siyasəti tərk etməlidir: "Əvvəla qeyd edim ki, mənim qəbul etdiyim dəyərlərə görə kiminsə ailədaxili işlərinin ictimailəşməsi və bu məsələlərə kənar müdaxilələri uyğun hesab etmirəm. Çünki hər bir ailə başqa bir aləmdir və onun daxilində baş verən hadisələr əsasən ailə üzvlərinin şəxsi həyatlarıdır. Həmçinin Azərbaycanın minillik mental dəyərləri də buna müsbət baxmır. Ancaq konkret bu hal fərqlidir. Belə ki, söhbət mövzusu olan insan Azərbaycanda hakimiyyətə gəlməkdə iddialı olan bir partiyanın ikinci şəxsidir, həmçinin, ölkədə insan haqqları, demokratiya və beynəlxalq dəyərlər uğrunda mübarizə apardığını bəyan edən bir siyasətçidir.

Həmçinin məsələni ictimailəşdirən də kənar şəxs yox, onun doğma və ailədaxili şiddət qurbanı olan yeniyetmə qızıdır. Düşünürəm ki, əgər, yeniyetmə bir qız övladının iddiaları doğrudursa, bu, böyük rəzilllik və cinayətdir. Ailə üzvlərinə qarşı iddia olunan şiddətlərin icra olunması nəinki siyasətçiyə, heç sivilizasiya və mədəniyyətdən uzaq qalmış birinə belə yaraşmaz. Məncə, bu hala ailə ictimaiyyət qarşısında aydınlıq gətirməli və həqiqətlərin üzə çıxmasında maraqlı olmalıdır. Deyilənlər öz təsdiqini taparsa, qeyd olunan ata ilk növbədə ailəsindən, sonra təmsil etdiyi partiyadaşlarından və cəmiyyətdən üzr istəyərək siyasəti tərk etməlidir. Mən bir daha vurğulayıram ki, əgər iddia olunan faktlar həqiqətdirsə, belə olmalıdır. Buradan hər kəsi bu məsələdə heç bir siyasi, şəxsi və sair maraqlardan deyil, ancaq və ancaq ədalət prizmasından yanaşmağa və mövqe sərgiləməyə çağırıram".скачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================