• 17:46 – Müsavat Partiyası ittihamlara cavab verdi 
  • 14:04 – Türkiyə Azərbaycana yeni silahlar verəcək - Ermənilərin "Bakı hücum fürsəti gözləyir" təlaşı 
  • 01:55 – Sui-istifadə hallarına artıq dözə bilmərik - Məmmədyarov 
  • 21:14 – İŞİD lideri necə öldürülüb? Türkiyə ordusu da Amerikaya dəstək verib 

AĞ Partiya başqanının 1-ci müavini Əhəd Məmmədli polis tərəfindən saxlanılıb.

AĞ Partiya başqanının 1-ci müavini Əhəd Məmmədli polis tərəfindən saxlanılıb.
AĞ Partiya başqanının 1-ci müavini Əhəd Məmmədli polis tərəfindən saxlanılıb.

Yenicag.az-a bu barədə partiya başqanı Tural Abbaslı məlumat verib.

Tural Abbaslının sözlərinə görə, “Əhmədli” metrostansiyasının qarşısında iki polis Əhəd Məmmədliyə yaxınlaşaraq onu bölməyə dəvət ediblər.

Qeyd edək ki, Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək tələbindən sonra müsavatçılar polis tərəfindən axtarılır. Marqlıdır ki, Müsavat Partiyasından çıxan şəxslər də bu axtarışdan öz nəsibini alırlar.

Səxavət Məmməd

P.S. Agxeber.com saytı Əhəd Məmmədlinin polislər tərəfindəmn saxlanması barədə Tural Abbaslının statusunu sizə təqdim edir

Tural Abbaslı:
Bu dəqiqələrdə Ehed Memmedli mənə zəng edərək onu polis əməkdaşlarının idarəyə apardığını bildirdi. Səbəbin nə olduğunu soruşduqda polislərin bu barədə məlumat vermədiklərini qeyd etdi. Ehtimal edirəm ki, bu gün partiyalardan birinin keçirmək istədiyi piketə görədir bu məcburi dəvət.
Mən anlamıram bu nə yanaşmanıdır? Bütün günü islahatlardan bar-bağıraraq danışan iqtidarın polisi özünü geridə qalmış Afrika ölkələrinin polisi kimi aparır. Əgər, kimlərsə razılaşdırılmamış piket edirsə bu onların hüququdur və bunu kimsə qanunla məhdudlaşdıra bilməz. AĞ Partiya olaraq biz də hər kəsin konstitusion hüququndan yararlanmasını dəstəkləyirik.
Ancaq, başqa bir partiyanın tədbirinə görə AĞ Partiyanın başqan müavinini qanunsuz olaraq polisə aparmaq iki qat qanunsuzluq və iki qat savadsızlıqdır.
Deyəsən Azərbaycan polisi siyasi prosesləri izləyə bilmir və bu sahədə tam məlumatsızdır. Yəqin, DİN-in hələ də məlumatı yoxdur ki, Əhəd bəy başqa bir müxalif partiyanın rəhbərlərindəndir.
Onlar yəqin ki, hələ də 2013-cü ilin siyahılarıyla "işləyirlər". Biabırçılıqdır, əgər, Azərbaycan belə polis sisteminin ümidinə qalıbsa, vay halımıza!скачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================