• Rus Dili
  • Reklam
    » » "Traxtur" un oyununda "Qarabağ bizimdir, bizim olacaq" şüarları (VİDEO)
    

    "Traxtur" un oyununda "Qarabağ bizimdir, bizim olacaq" şüarları (VİDEO)

    6-04-2016, 23:19
    Oxunub: 846
    Şərhlər: 0
    Çap versiyası
    "Traxtur" un oyununda "Qarabağ bizimdir, bizim olacaq" şüarları (VİDEO)
    Xəbər verdiyimiz kimi bu gün Təbrizin "Traxtur" komandası öz meydanında Özbəkistanın "Paxtakor" komandasını qəbul edib.

    Oyun zamanı "Traxtur" un azarkeşləri, milli-mədəni fəallar Qarabağın azadlığı uğrunda dəfələrlə "Qarabağ bizimdir, bizim olacaq" şüarlarını səsləndiriblər. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə aktiv olan bir neçə milli-mədəni fəal, o cümlədən Höccətul-İslam Əzimi Qədim İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

    Musavat.com-a daxil olan məlumata görə oyun zamanı stadionda 40 mindən çox azarkeş iştirak edib. Onların arasında millət vəkilləri, tanınmış simaların da olduğu bildirilir.
    Oyun 2:0 "Traxtur " komandasının xeyrinə bitib.

    Təbrizdən Musavat.com-un əməkdaşına verilən məlumata görə, qələbədən doğan yüksək əhval-ruhiyyə ilə stadionu tərk edən güneyli qardaşlarımız Azərbaycanın quzeyinə coşqulu dəstək verməyi də unutmayıblar. Belə ki, on minlərlə insan “Qarabağ bizimdir, bizim olacaq!”-hayqıraraq Ermənistanın işğalçılıq siyasətinə etiraz ediblər və bununla da Qarabağdakı son savaşda da Azərbaycanın yanında olduqlarını nümayiş etdiriblər. Qarabağ çağırışları Təbrizin küçə və prospektlərində saatlarla eşidilib. İran hakimiyyətinin hər hasnı müdaxiləsi qeydə alınmayıb. Yeri gəlmişkən, güneyli soydaşımız azarkeşlərin Qarabağ çağırışları ilə əlaqədar videokadrları da göndərib. Qanımızı coşduran möhtəşəm kadrları sizə təqdim edirik:


    (Musavat.com)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.