• Rus Dili
  • Reklam
    » » Rövnəq Abdullayev Ərdoğanla görüşdü
    

    Rövnəq Abdullayev Ərdoğanla görüşdü

    3-08-2016, 17:14
    Oxunub: 276
    Şərhlər: 0
    Çap versiyası
     Rövnəq Abdullayev Ərdoğanla görüşdü
    SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 2-də Ankarada Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak edib.

    SOCAR-dan Axar.az-a verilən məlumata görə, toplantıdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan SOCAR rəhbərini qəbul edib. Türkiyə və Azərbaycan arasında strateji dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Türkiyə Prezidenti SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrin iki qardaş ölkənin iqtisadi inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

    Layihələrin icrası üzrə işlərin gedişi ilə maraqlanan Türkiyə Prezidenti SOCAR-ın fəaliyyətinin dəstəkləndiyini bildirib, yatırımlarının əhəmiyyətini qeyd edib və fəaliyyətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu deyib. SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin fəaliyyətinə verilən dəstək üçün təşəkkürünü bildirib, bütün layihələrin qrafikə uyğun şəkildə davam etdiyini söyləyib, Türkiyə Prezidentini əmin etdib ki, SOCAR həyata keçirdiyi bütün layihələri vaxtında və yüksək keyfiyyətlə başa çatdıracaq.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.