• 17:46 – Müsavat Partiyası ittihamlara cavab verdi 
  • 14:04 – Türkiyə Azərbaycana yeni silahlar verəcək - Ermənilərin "Bakı hücum fürsəti gözləyir" təlaşı 
  • 13:49 – "Xural"ın baş redaktorunun ölkədən çıxışı əngəllənib 
  • 21:14 – İŞİD lideri necə öldürülüb? Türkiyə ordusu da Amerikaya dəstək verib 

Ağ Partiya başqanı Tural Abbaslı Türkiyə xalqına başsağlığı verdi

Ağ Partiya başqanı Tural Abbaslı Türkiyə xalqına başsağlığı verdi

Ağ Partiyanın başqanı Tural Abbaslı, dünən gecə Qaziantep şəhərində baş verən xain saldırısına görə, qardaş Türkiyə xalqına başsağlığı verdi. Başsağlığında deyilir: Dünən gecə qardaş Türkiyəmizin Qaziantep şəhərində xain və alçaq terror aktı törədilib. Sivil vətəndaşları hədəf alan bu xain terror aktı nəticəsində çoxu uşaqlar olmaqla 51 günahsız insan həyatını itirib, onlarla insan yaralanıb. Biz AĞ Partiya olaraq Türkiyəmizi tutduğu haqq yolundan çəkindirməyə hədəflənən hər cür terroru lənətləyir və qətiyyətlə qınayırıq. Terror qurbanlarına ALLAHdan rəhmət, yaxınlarına səbr, yaralılara isə şəfa diləyərək Türkiyəmizə başsağlığı veririk. Əminik ki, nə belə terror aktları nə də onların arxasında duran beynəlxalq güclər öz çirkin niyyətlərinə nail olmayacaq və Türkiyəmizi tutduğu yüksəliş yolundan çəkindirməyəcək. Öz növbəsində də digər dövlətlərdə baş verən daha kiçik miqyaslı terror aktlarına həmən reaksiya verən dünya birliyinin qardaş Türkiyədəki faciələrə belə soyuqqanlı və laqeyd münasibətinin çox üzücü olduğunu və açıq aşkar ikili standartların göstəricisi olduğunu bəyan edirik. Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyəmizin yanındayıq və sona qədər də yanında olacağıq!скачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================