• 17:46 – Müsavat Partiyası ittihamlara cavab verdi 
  • 14:04 – Türkiyə Azərbaycana yeni silahlar verəcək - Ermənilərin "Bakı hücum fürsəti gözləyir" təlaşı 
  • 13:49 – "Xural"ın baş redaktorunun ölkədən çıxışı əngəllənib 
  • 21:14 – İŞİD lideri necə öldürülüb? Türkiyə ordusu da Amerikaya dəstək verib 

“Monarxiyaya yox! Talana son!” mitinqi başladı FOTO VİDEO


AXCP sədri Əli Kərimli hakimiyyətin mitinqə təxribat hazırladığı haqda məlumat verdi.

Hakimiyyətin təxribatlarla heç nəyə nail olmayacağını, bunun hakimiyyətin özünə qarşı işləyəcəyini bildirən Ə.Kərimli
mitinq iştirakçılarına üz tutaraq “ Hər birinizi mitinqin mühafizəçisi elan edirəm” dedi. “Aranınızdakı təxribatçını dərhal zərərsizləşdirib polisə təhvil verin” dedi.
Daha sonra çıxış üçün söz ədliyyə generalı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamala verildi:

Etiraz aksiyasında “Çörək baha, ət baha, yemək tapmır xalq daha”, “Əmək haqqı 105 manat, təhsil haqqı 4000 min manat”, “Azərbaycan intiharlar ölkəsi”, “Biz kölə deyilik”, “Yox deyirəm”, “Lazım” Qarabağa nə vaxt gələcək?”, “Siyasi məhbuslara azadlıq”, “Dəstək olaq doğruya, lənət olsun oğruya”, “Yalançı da hökumət, Gülənçi də hökumət” şüarları qaldırılıb.

“Ədalətsiz cəmiyyətdə ən gözəl miras ədalətli dövlət, şəffaf cəmiyyətdir”

Aksiya dövlət himninin səsləndirilməsiylə açıq elan edildi. Mitinqin aparıcısı AXCP RH üzvü İlham Hüseyndir: “Salam olsun dövlətinin və xalqının taleyinə biganə qalmayam mərd insanlara. Salam olsun şərə boyun əyməyən haqqın səngəlində dayanan mərd insanlara. Bizim Şərqdən, Qərbdən gözləntimiz yoxdur. Bizim arxayın olub mübarizə aparacağımız yeganə qüvvə xalqdır. Bu ölkəyə demokratiyanı bu xalq gətirəcək. Heç bir rejim xalqın qarşısında duruş gətirə bilməz. Sizlərin, xalqın köməkliyi ilə bu avtarizm dağını dağıdacağıq. Bu meydanda xeyli atalar, analar görürəm. Biz həmişə övladımıza nəsə qoyub getmək istəmişik. Amma ədalətsiz cəmiyyətdə ən gözəl miras ədalətli dövlət, şəffaf cəmiyyət qurmaqdır. Dünya yaranandan xeyirlə şərin mübarizəsi gedib. Amma sonda həmişə xalq qalib gəlib. İnşallah biz də qalib gələcəyik. Əgər bir ölkənin hər yeri qızıla dönsə, amma o ölkədə qanun şah deyilsə o qızılın dəyəri olmaz. Əsas normal hökümətin olmağıdır. Böhranlı vəziyyətdə islahat aparmaq əvəzinə xalqın üstünə gəlirlər, onun aksiyada iştirakına mane olmağa çalışırlar. Amma bu cəmiyyətin işıqlı üzləri haqq yolundadır”.
Milli Şuranın “Monarxiyaya yox! Talana son!” şüarı ilə keçirilən mitinqinin başlamasına dəqiqələr qalır. Artıq mitinq meydanı olan “Məhsul” stadionunda xeyli insan toplaşıb. Meydanda tribuna hazırdır, başqa lazımi texniki tədbirlər də görülüb. İnsanların meydana axını davam edir. İştirakçılar meydana polis yoxlamasından keçərək daxil olurlar. Ətrafda və meydanın girişində polis təhlükəsizlik tədbirləri görür.

Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı etiraz mitinqi keçiriləcək. Mitinq Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) olacaq. Aksiya saat 17.00-dan 19.00-a qədər elan olunub. Mitinqin əsas şüarı “Monarxiyaya yox! Talana son!”dur.

Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edəcək.

Təşkilatçılar mitinq üçün bütün hazırlıqların artıq tamamlandığını bildiriblər. Aksiyanın texniki və təşkilatçılar tərəfindən təhlükəsizliyə nəzarət tərəfi də həll olunub. Milli Şura mitinqin yüksək səviyyədə və kütləviliklə keçəcəyinə əmindir. (azadliq.info)скачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================