Azərbaycanda 22 minə yaxın alkoqolizm xəstəsi qeydiyyatdadır » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Azərbaycanda 22 minə yaxın alkoqolizm xəstəsi qeydiyyatdadır
    

    Azərbaycanda 22 minə yaxın alkoqolizm xəstəsi qeydiyyatdadır

    20-09-2016, 19:08
    Oxunub: 297
    Şərhlər: 0
    Çap versiyası
     Azərbaycanda 22 minə yaxın alkoqolizm xəstəsi qeydiyyatdadır
    Azəbaycanda 21 777 nəfər alkoqolizm və alkol psixozu xəstəsi kimi tibb müəssisələrində qeydiyyatdadır.

    Bu da əhalinin hər 100 000 nəfərinə 227,2 xəstə edir.

    "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ilk dəfə alkoqolizm və alkol psixozu diaqnozu qoyulan xəstələrin sayı 619 nəfər olub.

    Bu da il ərzində əhalinin hər 100 000 nəfərindən 6,9-nun qeyd olunan xəstəliyə tutulması deməkdir.

    Qeyd edək ki, alkoqolizm-tərkibində etil spirti olan içkilərə meyletmə xəstəliyidir. Bir dəfə spirtli içki içmə nəticəsində baş verən kəskin sərxoşluq alkoqolizmi və xronik alkoqolizm fərqləndirilir. Xronik alkoqolizmdə alkoqola (spirtli içkilərə) qarşısı alına bilməyən aludəlik və xumarlıq sindromu inkişaf edir. Birdəfəlik kəskin alkoqolizm sərxoşluğu zamanı kəskin alkoqol intoksikasiyası baş verir. Yüngül və orta dərəcədə alkoqol sərxoşluğu xüsusi müalicə tələb etmir. Ağır sərxoşluq hallarında isə komatoz hala qədər inkişaf edən müxtəlif şüur pozğunluqları, qıcolma tutmaları baş verə bilər.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.