• Rus Dili
  • Reklam
    » » Prezident Administrasiyası: 'Qırğız prezidenti oteldə öz hesabına qalır'
    

    Prezident Administrasiyası: 'Qırğız prezidenti oteldə öz hesabına qalır'

    22-09-2016, 23:46
    Oxunub: 367
    Şərhlər: 0
    Çap versiyası
     Prezident Administrasiyası: 'Qırğız prezidenti oteldə öz hesabına qalır'
    "Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Türkiyədə oteldə öz hesabına qalır".
    "Report" "Sputnik-Qırğızıstan"a istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası açıqlama verib.

    Bildirilib ki, Qırğız Prezidenti Almazbek Atambayev Türkiyənin İzmir şəhərində "Şereton" otelində öz hesabına qalır.

    Ümumiyyətlə, sosial şəbəkələrdə dövlət başçısının bahalı, təmtəraqlı oteldə dövlət hesabına qaldığı haqqında fikirlər yayılıb. Həmin fikirlərə əsasən, prezident qaldığı otel otağına görə, sutkada 11 min dollar ödəyir. Bu oteldə lüks nömrədə qalmağın sutkalıq qiyməti 850 dollar, "penthaus" otağın sutkalıq qiyməti isə 6400 dollardır.

    Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Türkiyənin İzmir əyalətinin Çeşme rayonunda həkim nəzarəti altında istirahət edir. O, sentyabrın sonlarınadək Türkiyədə müalicə olunacaq.

    Qırğız Respublikası prezidentinin mətbuat xidməti Almazbek Atambayevin səhhətinin pisləşməsi ilə bağlı tibbi müayinədən keçmək məqsədilə məzuniyyətə çıxdığını açıqlayıb. Məzuniyyət oktyabrın 1-dək davam edəcək.

    Xatırladaq ki, sentyabrın 19-da Qırğız prezidenti ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edib. Bəzi KİV-lər isə dövlət başçısının səhhətinin ağır olduğu barədə məlumat yayıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.