• Rus Dili
  • Reklam
    » » ABŞ-ın iki ştatında ali məktəblərin yaxınlığında silahlı hücum: 15 nəfər yaralanıb
    

    ABŞ-ın iki ştatında ali məktəblərin yaxınlığında silahlı hücum: 15 nəfər yaralanıb

    26-09-2016, 00:10
    Oxunub: 231
    Şərhlər: 0
    Çap versiyası
     ABŞ-ın iki ştatında ali məktəblərin yaxınlığında silahlı hücum: 15 nəfər yaralanıb
    ABŞ-ın İllinoys və Massaçusets ştatlarında təhsil müəssisələri yaxınlığında insanlara silahlı hücum olub.

    apa-nın “ria novosti” agentliyinə istinadən verdiyi məlumata görə, İllinoys Universitetinin yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində 9 nəfər xəsarət alıb.

    Universitet administrasiyası tələbələrə təhlükə barədə xəbərdarlıq edib. Hadisə yerinə polis və təcili yardım avtomobilləri gəlib. Atəş açan şəxsin universitet kampusunu tərk etdiyi bildirilsə də, tələbələrə əraziyə yaxınlaşmamaq tövsiyə olunur.

    “Qrin-stritdən və ikinci küçədən uzaq durun”, - deyə universitet saytında xəbərdarlıq edilir.

    Qeyd edək ki, bundan öncə Massaçusets ştatındakı Boston şəhərində Emerson kollecinin yerləşdiyi Tremon-Strit küçəsində Asiya və Latın Amerika əsilli iki şəxs insanlara bıçaqla hücum edib və 6 nəfəri yaralayıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.