• Rus Dili
  • Reklam
    » » İTV əməkdaşlarına tikilən bina yarımçıq qalıb
    

    İTV əməkdaşlarına tikilən bina yarımçıq qalıb

    5-10-2016, 14:37
    Oxunub: 232
    Şərhlər: 0
    Çap versiyası
    İTV əməkdaşlarına tikilən bina yarımçıq qalıb
    Jurnalistlər İlham Əliyevə müraciət edib kömək istədilər
    İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) “Ekran-1” Mənzil Tikinti Kooperativinin (MTK) üzvləri yaşayış binasının təhvil verilməməsindən və binan qazla təmin olunmamasından şikayətçidirlər. Bu barədə həmin binanın sakini olan bir qrup jurnalistin prezident İlham Əliyevə etdiyi müraciətdə bildirilib.

    Müraciətdə qeyd olunub ki, “Ekran-1” MTK 2011-ci ildə Şərifzadə küçəsi 241E ünvanında 14-16 mərtəbəli yaşayış binasının tikintisinə başlayb. İTV-nin əməkdaşları həmin binadan aldıqları mənzilin hər kvadıratmetrinə 480 manat, əlavə olaraq qaz, su və elektirik enerjisi sayğaclarının haqqını ödəməklə müqavilə bağlayıb, payçı olublar.

    6 il vaxt keçsə də bina tam təhvil verilməyib. Buna baxmayaraq 30-a yaxın sakin öz mənzilində yaşamaqdadır. Bir o qədər də payçı mənzillərini təmir etsələr də, bina tam təhvil verilmədiyinə görə gözləmək məcburiyyətində qalıblar. Liftlərin tam istifadəyə verilməməsi daha hündür mərtəbədə yaşayan sakinlər üçün problemlər yaşadır. Ən acınacaqlı vəziyyət isə mənzillərə təbii qazın verilməməsidir.

    “Cənab Prezident, “Ekran-1” MTK-nın rəhbərliyi problemlərimizi həll etmək iqtidarında olmadığına görə sizə müraciət etmək məcburiyyətində qaldıq”,-deyə müraciətdə bildirilib. Müraciətin sürəti SOCAR-a göndərilib.

    “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev “Bizim Yol”a bildiridi ki, MTK tərəfindən binaya qaz xətti çəkilib sayğaclar qurlaşdırılandan və zurəri sənədləri təqdim edildikdən sonra qazın açılması təmin edilir: “Qazın satışı ilə məşğul olan qurum olaraq Dövlət Qəbul Komissiyası tərəfindən qəbul edilən, bütün normativ, texniki və təhüləsiz şərtlərinə cavab verən istənilən çox mərtəbəli binaya qazın açılması təmin olunmasına hər zaman hazırıq”. (bizimyol.info) скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.