• Rus Dili
  • Reklam
    » » TANAP-a xain plan deşifrə oldu: “SOCAR Energy" gülənçiləri məhvi edilir
    

    TANAP-a xain plan deşifrə oldu: “SOCAR Energy" gülənçiləri məhvi edilir

    9-10-2016, 21:58
    Oxunub: 238
    Şərhlər: 0
    Çap versiyası
    TANAP-a xain plan deşifrə oldu: “SOCAR Energy" gülənçiləri məhvi edilir
    SOCAR-dakı fətullahçıların deşifrə olunması istiqamətində proses tətikləndi

    Oktyabrın 7-də Türkiyədən Azərbaycanın Baş Prokurorluğuna göndərilən dosye öz təsdiqini tapdı.

    Bir daha sübut olundu ki, Fətullah Gülənin “SOCAR Turkey Energy"dəki qanadı iri layihələri hədəfə alıbmış. Xüsusilə də TANAP layihəsi FƏTÖ-çuların diqqətində olub.

    Dosyedə FETÖ-nün TANAP kimi strateji enerji layihələrini necə hədəf aldığını da göstərən əhatəli MİT hesabatı da var.

    Azərbaycanda FETÖ-nün fəaliyyətinə dair təhqiqat başladan Baş prokurorluq Türkiyə tərəfindən dəstək istəyib. Bu müraciətə cavab olaraq Türkiyə tərəfi FETÖ-nün Azərbaycanda necə təşkilatlandığına dair əhatəli dosye hazırlamağı qərara alıb.

    TANAP-ın hədəfə alınması təsadüfi deyil. Çünki “SOCAR Turkey Energy" 2016-cı ilin sonuna qədər TANAP layihəsinin səhmdarı olmaq niyyətindədir.

    Ona görə də “Hizmət” hərəkatı üzvlərinin Dövlət Neft Şirkətinə (SOCAR) ayaq açmış qanadı da məhv edilməyə başlanıb.

    Xatırladaq ki, bu günə qədər həbs edilənlər arasında SOCAR-ın iki azərbaycanlı əməkdaşı da var. Onlar SOCAR Türkiyənin baş direktor yardımçısı İlqar Mehmetoğlu və insan resursları şöbəsinin müdiri Raqif Fərəcovdur.

    Yada salaq ki, SOCAR əməkdaşı İlqar Mehmetoğlunun Gülənin adamı olması ilə bağlı Azərbaycan mətbuatında dəfələrlə məlumat verilmişdi. Amma SOCAR rəhbərliyi heç bir addım atmırdı.

    SOCAR-ın Türkiyədə sahibi olduğu “Petkim” şirkətinin direktorlar şurasının rəhbəri olan Vaqif Əliyevin də təriqətin adamı olduğu iddia edilir.

    Onun fətullahçıların SOCAR-a yerləşdirilməsində mühüm rolunun olduğu bildirilir. “SOCAR Turkey Energy” şirkətinin ictimaiyyətlə əlaqələr direktoru Ömer Adsız da Fətullah Gülən təriqətinə yaxındır.

    Baş Prokurorluğa təqdim olunan sənədlər üzrə bu əməliyyatların Azərbaycan müstəvisində davam etdirilməsi istənilib.

    MİT hesabatında deyilir ki, FETÖ Azərbaycan və digər ölkələrdə enerji layihələrini idarə etməyə çalışır, TANAP qaz kəməri layihəsi də bu çərçivədə təşkilatın hədəfləri sırasındadır. FETÖ-nun Azərbaycanda təhsil müəssisəsi adı altında azı 28 özəyinin yer aldığı göstərilir. (politika.az)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.