• Rus Dili
  • Reklam
    » » Gimnaziyada şagirdə qarşı işgəncə iddiası: “Döyürlər, başına çay tökürlər, müəllimlər isə göz yumur”
    

    Gimnaziyada şagirdə qarşı işgəncə iddiası: “Döyürlər, başına çay tökürlər, müəllimlər isə göz yumur”

    22-10-2016, 17:03
    Oxunub: 237
    Şərhlər: 0
    Çap versiyası
     Gimnaziyada şagirdə qarşı işgəncə iddiası: “Döyürlər, başına çay tökürlər, müəllimlər isə göz yumur”
    Binəqədi rayon sakini Təranə Süleymanova Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında təhsil alan övladı, 6-cı sinif şagirdi Əli Qələndərovun sinif yoldaşları tərəfindən işgəncələrə məruz qaldığını deyir.

    Şikayətini musavat.com-a danışan valideyn övladının tez-tez sinif yoldaşları tərəfindən döyüldüyünü və məktəbin müəllimlərinin, eləcə də direktorunun buna göz yumduğunu söyləyib: “Oğlum bu il test üsuli ilə Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasına qəbul olub. Qəbul olduğu gündən sinif yoldaşları ona rişxənd edib, döyüblər. Oğlum 6-cı sinifdə oxumağına baxmayaraq, çox cılız uşaqdır. Bunu məktəbin direktoru başda olmaqla, bütün müəllimlər bilirdi. Dəfələrlə sinif rəhbərinə, direktora övladımın məktəb yoldaşları tərəfindən döyüdüyü ilə bağlı şikayət etmişəm. Övladım epilepsiya xəstəsidir. Bununla bağlı xəstəlik kağızını da məktəbə təqdim etmişəm ki, bəlkə yazıqları gələr. Hər dəfə içəri daxil olub, uşağımı döyənləri sinif rəhbərinə göstərmək istəmişəm, ancaq bu, mümkün olmayıb. Giriş qapısındakı mühafizəçilərə tapşırıblar ki, icazə verməsinlər. Yeməkxanada nəzarətsiz qaldığı zaman başına dəmir sini ilə vurublar, termosun çayını üstünə töküblər, hədə-qorxu gəliblər. Texnologiya dərsində müəllimin gözü qarşısında sinif yoldaşı arxadan başına taxta ilə vurub. Təəccüblü odur ki, müəllim buna reaksiya verməyib. Bunu necə başa düşmək olar? Mən hesab edirəm ki, bunu direktor təşkil edir. Dəfələrlə mənə deyib ki, xoşun gəlmirsə, uşağını götür apar”.

    Təranə Süleymanova onu da dedi ki, məktəbdə övladının başına gələn bu hadisələrdən sonra onda qarabasmalar yaranıb: “Övladım şagirdlər tərəfindən alçaldıldığı, döyüldüyü üçün çox qorxu keçirib. Yuxuda sayıqlayır. Sentyabrın 19-dan, oktyabrın 10-a kimi övladım hər gün döyülüb. Hər dəfə evə gələndə dərslərindən əvvəl, “başına vurmadılar?” deyə soruşuram. Müəllimdən xahiş edib, ən çox onu vuran Amil adlı şagirddən kənar olmaq üçün oğlumu başqa partaya keçirdim. Sinif rəhbəri isə həmin şagirdi oğlumun qarşısındakı birinci partaya keçirdi. O da hər gün arxaya çevrilib, rahat şəkildə uşağın başına vurur. Axı müəllim bilə-bilə buna necə yol verir? Uşağına başına termos çırpılandan sonra gözləri ağrıyır, həkim dərman yazıb. Direktor isə uşağa deyir ki, anan səni öyrədib ki, məni görəndə gözlərini ovasan? Bundan əlavə, uşaqlar tənəffüz zamanı onu ayaqyoluna buraxmırlar. Uşaq isə dərs zamanı müəllimdən icazə almaq istəyib, müəllim deyib ki, həkimdən kağız gətir. Anlaya bilmirəm, ayaqyoluna həkim kağızı lazımdırmı?”

    Valideyn iddia edir ki, bu gimnaziyada öz savadı ilə oxuyan şagir məktəb direktoruna və müəllimlərə sərf eləmir. Çünki şagirdlərin əksəriyyəti qeyri-rəsmi şəkildə pul ödəyərək buraya daxil olublar: “Əli gimnaziyaya daxil olan zaman məktəbin həyətində valideynlərlə söhbətləşirdik. Onlara Əlinin öz savadı hesabına gimnaziyaya daxil olduğunu deyəndə heyrətləndilər. Mənə dedilər ki, sən pul verməmisən? Düzü mənim burada rüşvətin rol oynadığı haqqında məlumatım yoxdur və kimisə günahlandırmaq niyyətim də yoxdur.S adəcə məni düşündürən odur ki, övladıma edilən bu işgəncələr pul vermədiyim üçün ola bilərmi? Məsələ ilə bağlı Təhsil Nazirliyinə şikayətimi bildirmişəm. Hələ ki, bir nəticə yoxdur”.

    Problemlə bağlı Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktor müavini Afaq Poladzadə ilə əlaqə saxladıq. Afaq Poladzadə baş verənlərə belə aydınlıq gətirdi: “Qələndərov Əli epilepsiya xəstəliyi olan şagirddir. Onun ruhi və psixoloji problemləri də var. Uşaq illuziyalarla yaşayır. Bildiyim qədər 2012-ci ildən nevroloji xəstədir. Guya uşaqlar onun övladını döyür, məktəb müəllimləri isə buna göz yumur. Deyilənlərlə razılaşmıram, hamısı böhtandır. O valideyn bu yollarla bizə xəstə uşağın müalicəsini etdirmək niyyətindədir. Anası həyatda bir sıra çətinliklərlə qarşılaşdığından, əsəbi insandır. Şagird gimnaziyaya qəbul olunduqdan sonra əvvəl oxuduğu məktəbdən sənədlərini gətirməsini xahiş etdik. Ancaq iki həftə keçməsinə baxmayaraq, valideyn sənədləri gətirmədi. Dediyinə görə, oxuduğu Qubadlı qaçqın məktəbindən sənədlərini ala bilmir. Bu müddət də gözlədik, ancaq sənədləri gəlmədi. Bundan əlavə, belə xəstəliyi olan şagirdlərin təhsil alması da yolverilməzdir. Uşaqlara zərər yetirə bilər. Elə uşaqlar evdə təhsilə yazılır. Uşaq evdə Amin adlı şagirdin onu incitdiyin deyib, valideyn isə həmin şagirdi məktəbin qarşısında döyüb. Bu cür xoşagəlməz hallarla üzləşmişik. Dəfələrlə də direktorumuz Xuraman Osmanova həmin şagirdlə və onun valideyni ilə danışıb, məsələni başa salıb. Uşağın valideyni övladının durumu ilə bağlı tez-tez mollalara gedirdi. Direktor və müəllimlər isə onu başa salıb ki, mollalara getmə, onların dediyinə inanma. Uşağı normal psixoloq yanına göndərməyi məsləhət görüblər”. (musavat.com)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.