• 15:32 – Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı” 
  • 18:25 – Qüdrət Həsənquliyev: “Prezidentin islahatları genişlənəcək” 
  • 14:42 – Qəzaya uğramış təyyarəmiz parça-parça olub 
  • 13:25 – Türkiyə ətrafında "böyük geosiyasi oyun": Liviyadan Kiprə qədər eyni ssenarinin gizlinləri 

Gürcüstan parlament seçkilərində təkrar səsvermə: fəallıq 40 faizə yaxındır

 Gürcüstan parlament seçkilərində təkrar səsvermə: fəallıq 40 faizə yaxındır
Oktyabrın 8-də keçirilmiş parlament seçkilərində Əhməd İmamquliyev 47,91%, Tamaz Naveriani isə 43,1% səs toplayıb.

Gürcüstan parlament seçkilərində təkrar səsvermə cənub-şərqdəki Marneuli və ölkənin qərbində yerləşən Zuqdidi rayonunun 4 seçki məntəqəsində keçirilir. Mərkəzi Seçki Komissiyasına əsasən səsvermənin sonuna 3 saat qalmış ümumi fəallıq 40 faizə yaxın olub.
Əsas mübarizə hakim Gürcü Arzusu Partiyası və müxalifətdə olan Vahid Milli Hərəkat Partiyası arasında gedir.

Ölkə üzrə parlament seçkilərinin ikinci turu 30 oktyabrda keçiriləcək.

Günortadan sonra Azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Qızılıhacılı kəndində yerləşən 48 saylı seçki məntəqəsində 615 nəfər səs verib. Bu da 42.8 faiz seçici aktivliyi deməkdir.

Təqribən eyni aktivlik Zuqdidinin 3 seçki məntəqəsində də müşahidə olunur. Ən aşağı fəallıq Zuqdidinin Qanmuxuri kəndində qeydə alınıb. Burada 34.2 faiz səs verib.

Gürcüstan MSK-nın məlumatına görə, saat 12-dək Marneulidə 7, Zuqdididə isə 3 xırda qanun pozuntusu qeydə alınıb.

Marneulidə seçki yarışı hakim Gürcü Arzusu Partiyasının namizədi Tamaz Naveriani və müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyev arasında gedir.

Oktyabrın 8-də keçirilmiş parlament seçkilərində Əhməd İmamquliyev 47,91%, Tamaz Naveriani isə 43,1% səs toplayıb.

Səsvermə yerli vaxtla səhər saat 8-də başlanıb, axşam saat 8-də başa çatacaq.
Lakin seçki məntəqəsində Gürcü Arzusu və Vahid Milli Hərəkatın tərəfdarları arasında qarşıdurma baş verdiyindən MSK nəticələri ləğv edərək tərkrar səsvermə təyin edib.
Qarşıdurmadan sonra Rustavi şəhər məhkəməsi Gürcüstan vətəndaşı olan altı azərbaycanlı haqqında həbs qərarı çıxarıb.

Onlara qarşı "seçki komissiyalarının fəaliyyətinə müdaxilə və ictimai asayişi qoruyanlara və hökumət nümayəndələrinə zor tətbiq etmək" maddələri ilə ittiham irəli sürülüb.
Səsvermə yerli vaxtla səhər saat 8-də başlanıb, axşam saat 8-də başa çatacaq (BBC).скачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================