DataLife Engine > Sonxeber / Xeberlenti > Türkiyədə terror aktı nəticəsində, 3 nəfər ölüb, 36 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə terror aktı nəticəsində, 3 nəfər ölüb, 36 nəfər yaralanıb - YENİLƏNİB


10-07-2016, 10:27. Разместил: Admin Türkiyədə terror aktı nəticəsində, 3 nəfər ölüb, 36 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyənin Mardin vilayətində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlardan ikisi əsgər, biri isə mülki vətəndaşdır.

Eyni zamanda, 36 nəfər yaralanıb. Onlardan 7-si hərbçidir və üçünün vəziyyəti ağırdır.

17:51
*********
APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Mardində Cevizpınar Jandarma postu yaxınlığında içərisində bomba olan avtomobil partladılıb. BUnunla yanaşı, post avtomatlardan atəşə tutulub. Nəticədə 6 əsgər yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralı əsgərlərdən biri şəhid olub.

Hazırda terrorçuların saxlanılması üçün genişmiqyaslı əməliyyat həyata keçirilir.

Bu arada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı dünən Hakkarinin Şemdinli rayonunda hərbi hissəyə hücuma hazırlaşan 17 terrorçunun öldürüldüyü barədə məlumat yayıb. Vanın Başkale rayonunda da aparılan əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад