DataLife Engine > Sonxeber / İdman > Millimiz irəlilədi... - FİFA reytinqi

Millimiz irəlilədi... - FİFA reytinqi


15-09-2016, 16:15. Разместил: agxebere Millimiz irəlilədi... - FİFA reytinqi
Bu gün FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlanıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, dünyanın 209 komandasının yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə 3 pillə irəliləyib. Hazırda komandamız 133-cü yerdə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində San Marinoya qalib gəlməsi (1:0) yığmamızın irəliləməsinə səbəb olub.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri Almaniya və Çexiya 1 pillə irəliləyib. Almanlar 3-cü, çexlər 33-cü pilləyə yüksəlib. Şimali İrlandiya 2 pillə geriləyərək 30-cu, Norveç 20 pillə geriləyərək 70-ci yerə düşüb. San Marino isə 1 pillə geriləyib və 201-ci yerdə qərarlaşıb.


İlk "onluq" isə belədir:

1. Argentina – 1646
2. Belçika – 1369
3. Almaniya – 1347
4. Braziliya – 1323
4. Kolumbiya – 1323
6. Çili – 1284
7. Portuqaliya – 1228
8. Fransa – 1188
9. Uruqvay – 1173
10. Uels – 1161
скачать dle 10.6фильмы бесплатно
Вернуться назад