Netanyahu BMT-də İsrail əleyhinə səs verən ölkələrin səfirlərini topladı » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Netanyahu BMT-də İsrail əleyhinə səs verən ölkələrin səfirlərini topladı
    

    Netanyahu BMT-də İsrail əleyhinə səs verən ölkələrin səfirlərini topladı

    25-12-2016, 17:20
    Oxunub: 252
    Şərhlər: 0
    Çap versiyası
    Netanyahu BMT-də İsrail əleyhinə səs verən ölkələrin səfirlərini topladıİsrailin baş naziri Binyamin Netanyahunun göstərişi ilə BMT Təhlükəsizlik Şurasında yəhudi dövlətindən Fələstin torpaqlarında məskənsalma siyasətinə dərhal son qoymağı tələb edən qətnamənin lehinə səs verən ölkələrin səfirləri iclasa çağırılıb.

    "Report" bildirir ki, bu barədə İsrailin hökumət rəhbərinin dəftərxanası məlumat yayıb.

    "Söhbət İsrail ilə diplomatik əlaqələri olan üç dövlətdən gedir", - deyə məlumatda bildirilir.

    Virtualaz.org xatırladır ki, BMT Təhlükəsizlik Şurası dünən İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnamə qəbul edib.

    Sənəddə o da qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalı, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.

    Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.

    Onu da xatırladaq ki, İsrail qətnaməni icra etməyəcəyini bəyan edib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.