• Rus Dili
  • Reklam
    » » Rusiyalı rəsmilər Ankarada: Karlovun işi araşdırılır
    

    Rusiyalı rəsmilər Ankarada: Karlovun işi araşdırılır

    27-12-2016, 10:00
    Oxunub: 239
    Şərhlər: 0
    Çap versiyası
     Rusiyalı rəsmilər Ankarada: Karlovun işi araşdırılırRusiyanın Ankara səfiri Andrey Karlovun ölüm işi ilə bağlı Türkiyəyə gələn rusiyalı komissiya heyəti Respublika Baş Prokuroru Nəcib Cemlə görüşüb.

    Axar.az xəbər verir ki, rusiyalı rəsmilər bu gün axşam saatlarında Ankara Ədliyyəsinə gəliblər.

    Türkiyəli prokurorla rusiyalı nümayəndələrin görüşü 1 saat davam edib. Görüşdə kəşfiyyat mübadiləsi aparılıb və istintaqın koordinasiyalı bir şəkildə aparıldığı da qeyd edilib.

    Xatırladaq ki, dekabrın 19-u axşam saatlarında Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri A.Karlov qətlə yetirilib. Hadisəni törədən Çevik Polis Alayının zabiti Mövlud Mərd Altındaş polislər tərəfindən zərərsizləşdirilib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.