• Rus Dili
  • Reklam
    » » Ağcabədidə əhaliyə 5 saatdır qaz verilmir
    

    Ağcabədidə əhaliyə 5 saatdır qaz verilmir

    28-12-2016, 14:36
    Oxunub: 481
    Şərhlər: 0
    Çap versiyası
    Ağcabədidə əhaliyə 5 saatdır qaz verilmir
    Ağcabədi rayonundan Agxeber.com-a verilən məlumata görə, dekabrın 28-də saat 10:00-dan sonra Ağcabədi rayonuna qaz verilişi dayandırılıb.

    Bu da əhali arasında narazılığa səbəb olub. Çünki, əhali yaşadığı evləri qızdırmaq üçün, yemək bişirmək üçün təbii qazdan istifadə edir.

    Rayon sakini Həsən Vəliyev deyir ki, "Təhsil müəssisələrinin, əsasən də məktəblərin qızdırılması üçün təbii qazdan istifadə olunur. Təbii qaz kəsildiyi üçün şagirdlər və müəllimlər soyuqdan əziyyət çəkirlər. Bu özbaşınalığa görə heç kim bir açıqlama vermir. Hara gedək, kimə şikayət edək bilmirik. Belə də özbaşınalıq olarmı? Övladlarımız soyuqdan donurlar. Bu qış günlərində qaz kəsmək əhaliylə düşmənçilikdir, başqa nə ad vermək olar? Hansısa qaz çəkilişi edilirsə bu barədə əhaliyə öncədən xəbər verilməlidir və ya işi qısa müddət ərzində bitirmək lazımdır. Bəlkə də qazı kəsib erməni kilsələrinə göndərirlər. Rayon rəhbərliyi, Qaz İstismar İdarəsi əhalini saymır. Belə getsə əhali yolları bağlayacaq."

    Agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.