Reklam
» » Türkiyədən əlinizi çəkin!


Türkiyədən əlinizi çəkin!

3-01-2017, 22:12
Oxunub: 473
Şərhlər: 0
Çap versiyası
Türkiyədən əlinizi çəkin!
Qardaş Türkiyədə terror qurbanları artmaqdadır. Günahsız insanlar namərdcəsinə qətlə yetirlilir. "Bu nə oyundur? Türkiyədə nələr yaşanır?" sualı hər kəsi düşündürür. Fərqli izahlar, yanaşmalar var. Bu fərqi yaradan maraqlardır, insanların düşüncə səviyyəsidir .

Əlavə olaraq "ədalətli olmaq" , "vicdanlı olmaq " anlayışı var. Kənara çıxılarsa sözün dəyəri olmaz. Türkiyəni 2002-ci ildən Rəcəb Tayyip Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf partiyası ( Adalet ve Kalkınma ) yönləndirir. Bu partiya 2001-ci ildə qurulsa da, cəmi bir il sonra Türk milləti ona təkbaşına hökumət qurmaq şansı verir. Bu dönəmdən etibarən Türkiyənin iqtisadi yüksəlişi başladı, bu günümüzə qədər də davam etməkdədir. Türkiyəyə "Avropa demokratiyası"nı ( hakimiyyətə ancaq və ancaq seçki yolu ilə gəlmək ) gətirən AKP oldu, ordunun siyasətə qarışmasının qarşısı alındı.

Eyni zamanda ölkədə milli birlik əldə etmək üçün ortaya gerçək istək qoyuldu. Ərdoğan, adı "Çözüm sürəci" (həll prosesi) olan planları haqda hələ 2005-ci ildən xəbərdarlıq etmişdi. Sonrakı illərdə bu planın tətbiqinə başlanıldı. "Çözüm sürəci" 1984-cü ildən Türkiyədə terror aktlarını mübarizə vasitəsi seçən PKK–nı bu yoldan çəkndirməli idi. Bu təşkilatın sıralarında xeyli sayda Türkiyə vətəndaşı olan kürdlər vardı. Onlara danışıqlar yolu ilə silahı yerə qoydurmaq ən doğru yol idi. “Barış sürəcini” təslimçilik kimi izah edənlər oldu. AKP haqlı olaraq dövlətinin vətəndaşı ilə mübarizəyə vaxt sərf etmək istəmirdi və bu siyasəti sona qədər davam etdirdi.

Türkiyə hakimiyyətinin humanistliyi düzgün qiymətləndirilmədi. PKK-ya dəstək verən böyük güclər sülh danışıqlarını poza bildilər. Başqa sözlə, Türkiyənin güclənməsinin qarşısını almağa “davam edin” deyildi . (30 ildə PKK Türkiyə iqtisadiyyatına təqribən 350-400 milyard dollar dəyərində ziyan vurub, üstəlik 40 min nəfər şəhid) Türkiyə hakimiyyəti milli birliyə əngəl olan səbəbləri aradan qaldırmaqda qərarlı idi. 2015–ci ilin avqust ayından hökumətin qərarı ilə “Çözüm sürəci”ni Türkiyə Silahlı Küvvetleri (TSK) davam etdirir. TSK bir neçə ay ərzində PKK–nın möhkəmləndiyi Cizrə, Sur, Silopi, Nusaybin kimi ilçələri (rayonları) küçə-küçə terrorçulardan təmizlədi. Artıq PKK demək olar ki, Türkiyədən vurulub çıxarılıb. Türkiyə informasiya vasitələrinin TSK–ya istinadən verdikləri xəbərlərə görə, əməliyyatların başladığı tarixdən bu günlərə qədər 20 min nəfərdən çox terrorçu məhv edilib. Bunun təqribən 14 min nəfəri PKK–lıdır. Təşkilatın İraqdakı sığınacaqları, silah anbarları da ağır zərbələrə, itkilərə məruz qalıb.

Türkiyə hakimiyyəti 2017–ci ilin mart ayına kimi PKK məsələsini tam bitirməkdə qərarlıdır. AKP–nin vəzifələrdən biri də, 1999–cu ildən ABŞ–a köçən Fətullah Gülənin rəhbərlik etdiyi “Paralel dövlət“i zərərsizləşdirmək oldu. Zaman–zaman müxtəlif dövlət vəzifələrində yerləşdirilən “gülənçilər” hakimiyyət çevrilişi edə biləcək qədər güclənmişdilər. “Gülənçi”lərin ideoloji qaynaqları, özünü peyğəmbər hesab edən Səid Nursinin “Nur risalələri“ adlı ktablarıdır. İslam dinini zəiflətmək üçün əvəzsiz fürsətdir.

Nəzərə alsaq islam çoğrafiyasına nəzarət etmək üçün Türkiyə səddi aşılmalıdır, aydınlaşma olar. Türkiyə hakimiyyətinin məlumatlarına görə, Fətullah Gülənin ABŞ xüsusi xidmət orqanları ilə işbirliyində olmasını təsdiq edəcək kifayət qədər sübutlar var. “Gülənçi”lərin ən təhlükəli çıxışları 2016–cı il 15 iyulda hakimiyyəti devirmək cəhdləri oldu. Ordu içərisində yerləşdirilən “gülənçi”lər ağır silahlardan, hərbi təyyarələrdən istifadə edərək qanuni hakimiyəti devirmək istədi. Türkiyə prezidentinin çağırışı ilə əhali küçələrə axışaraq çevrilişin qarşısını ala bildi . Hadisələr zamanı Türkiyə 250 nəfər şəhid verdi. Bundan sonra hökumət qəti hərəkətə keçərək minlərlə “gülənçi”ni həbs edərək təhlükəni böyük ölçüdə azalda bildi. Türkiyə tərəfi ABŞ–dan Fətullah Güləni təhvil verməyi tələb etsə də, bu tələb yerinə yetirilmir. “Gülənçi”ləri indi hər kəs FETÖ ( Fetullahçı Terror Örgütü ) kimi çağırır.

Geriyə baxsaq AKP–nin hakimiyyəti illərində Türkiyəyə, müttəfiqləri olan ABŞ və Avropa dövlətlərinin təzyiqlərini, iradlarını da, artan xətt üzrə görə bilərik. Son illər bu təzyiq və iradlar kulminasiya nöqtəsinə çataraq açıq qarşıdurmaya çevrilib. ABŞ və Avropa Türkiyəni demokratik dəyərlərdən uzaqlaşmaqda günahlandırır, Türkiyə isə müttəfiqlərini imperialist maraqlarda, dünyanı istədikləri kimi şəkilləndirməkdə ittiham edərək iradları yaxına buraxmayıb . Kifayət qədər əsasları var. (ABŞ və Avropanın ikiüzlü siyasətinə, özümüz Azərbaycanda keçirilən seçkilər zamanı çox şahidlik etmişik ) 2010-cu ilin sonlarından Tunisdə başlayan "Ərəb baharı" tezliklə qonşu ölkələrə yayıldı. Guya bu ölkələrdə əhali idarəçilikdən bezərək "demokratik inqilaba" başlayıblar. Az sonra "Ərəb baharı" ilə yanaşı, dövrəyə "idarə olunan xaos" anlayışı da daxil oldu. Hadisələrin sonrakı gedişi göstərdi bəli, bu " idarə olunan xaosdur " . "Ərəb baharı" , "demokratiyaya keçid" Liviyanı, İraqı, Suriyanı xarabaya çevirib, dövlət olmaq halından çıxarıb. Xüsusilə Türkiyənin 911 km sərhəd xətti olan Suriya, qanlı savaş meydanına dönüb . Türkiyə növbəti təhlükə ilə üz–üzə gətirildi.

Yazar: Faiq Məhyəddinoğluскачать dle 10.6фильмы бесплатно
<
Məqalənin reytinqi:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.