• 13:43 – "Təzə bazar"dakı yaxnğından sonrakı vəziyyət (FOTOLAR) 
  • 23:55 – “General Zəkai Ağsaqqallını vurun” əmri – Sensasion istintaq materialı 
  • 16:27 – Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək 
  • 12:37 – Ağ evin qarşısında türklərlə pkk-çılar arasında dava - Video 

Fethi Sekin canı bahasına sübut etdi ki, PKK kürdləri təmsil etmir

Fethi Sekin canı bahasına sübut etdi ki, PKK kürdləri təmsil etmirFethi Sekin. Bu qəhrəmanı əvvəl çevrəsi tanıyırdısa indi bütün Türkiyə, dünya tanıyır. Milliyyətcə kürd olan F.Sekin yanvarın 5-də, İzmirin Bayraqlı rayonundakı İzmir Bayraqlı Ədliyyə girişindəki polis məntəqəsi yaxınlığında, PKK terror təşkilatının bir terroristini gəbərtdi, böyük bir terror hadisəsinin qarşısını aldı, özü də şəhid oldu.

Milliyətcə kürd olduğunu niyə vurğuladım? Bilərəkdən və ya bilməyərəkdən Türkiyədə də, Azərbaycanda da bəziləri qərəzli şəkildə deyir ki, "PKK-nın etdiyi terror deyil, həm də milli-azadlıq hərəkatıdır". Elə PKK-nın arxasında duran qüvvələr də bu təbliğatı aparırlar, məqsədləri bu görüntünü yaratmaqdır. Ona görə də bir çox ölkələr PKK-ya və onun qolu olan PYD-yə böyük yardımlar edirlər. Amma milliyətcə kürd olan, şəhid Fethi Təkin bu təbliğatı darmadağın etdi, PKK və dəstəkçilərinin hədəfini alt-üst etdi və bunu canı bahasına bütün düyaya göstərdi ki, PKK terror təşkilatı kürdləri təmsil etmir, göstərdi ki, onun üçün vətən bütöv Türkiyədir! Terrorçunun milliyyəti, dini olmur!

PKK-nın və arxasındakı güclərin məqsədi, kürdlərin adından istifadə edərək guya "kürdlərin azadlığı, haqları uğrunda mübarizə" apardığı görüntüsünü yaradaraq həm özlərinə terrorçu cəlb etmək, həm arxasındakı qüvvələrin maşalığını layiqincə yerinə yetirmək, həm də Türkiyəni bölməkdir. Və beləliklə Türkiyədə guya kürd əhalinin "əzildiyi, basqıya məruz qaldığı" görüntüsünü yaradaraq etnik qarşıdırma, xaos yaratmaq istəyirlər. Bacarmadılar, bacarmayacaqlar! Türkiyənin milliyyətcə kürdlərin yaşadığı rayonların əhalisi PKK-nı dəstəkləmir, əksinə nifrət edirlər.

15 iyul 2016-ci ildə Türkiyədə çevrilişə cəhd baş verərkən Ömər Halisdemir kimi bir qəhrəman çıxıb xain generalı vurub öldürmüş və beləliklə çevrilişin qarşısının alınmasında canı bahasına da olsa böyük bir rol oynamışdır.
İllər keçsə də Fethi Sekin kimi, Ömür Halisdemir kimi qəhrəmanlar unudulmayacaq! Allah rəhmət etsin! Şəhidər ölməz, vətən bölünməz!

Yazar: Cavid Hacıbəyli

Fethi Sekin canı bahasına sübut etdi ki, PKK kürdləri təmsil etmirскачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================