• Rus Dili
  • Reklam
    » » Türkiyənin baş naziri: "Hərbçilərimiz Başikada xidmətini davam etdirəcək"
    

    Türkiyənin baş naziri: "Hərbçilərimiz Başikada xidmətini davam etdirəcək"

    9-01-2017, 20:33
    Oxunub: 409
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyənin baş naziri: "Hərbçilərimiz Başikada xidmətini davam etdirəcək"

    Türkiyə hərbçiləri İraqdakı Başika bazasından çıxmayacaq.

    Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım İraqa rəsmi səfərindən sonra bildirib.

    "Haber7"nin bildirdiyinə görə, Bəzi media orqanları tərəfindən Baş Nazir Yıldırımın İraq səfəriylə bərabər Başikada olan Türk əsgərinin geri çəkiləcəyi istiqamətində qərəzli xəbərlər servis edildi.

    TÜRK ƏSGƏRİ ÇƏKİLMİR


    Ortaya atılan bu əsassız iddiaların əksinə Baş Nazir Binalı Yıldırımın İraq ziyarətində ən önəmli gündəm başlığı PKK terror təşkilatının Şengaldakı yerləşməsi ilə Türk əsgərinin Başikadakı varlığıydı.

    Türkiyənin baş naziri: "Hərbçilərimiz Başikada xidmətini davam etdirəcək"


    Onun sözlərinə görə, Başika İraq torpağıdır: "Çox təbii ki, İraq düşərgəsidir, İraq torpaqlarında qurulan bir düşərgədir, İraq hökumətindən müstəqil olması düşünülə bilməz. Təbii ki, Türkiyə hərbçiləri bu xidməti uğurla yerinə yetirməyə davam edəcək və şərtlər nə zaman uyğun olarsa oturub bunlar danışılacaq və dostcasına bir şəkildə məsələ həll edilmiş olacaqdır".
    Türkiyənin Baş naziri Binəli Yıldırım yanvarın 7-8-də İraqda rəsmi səfərdə olub. İraqın baş naziri Heydər əl-İbadi Türkiyənin Baş naziri Binəli Yıldırımla keçirdyi görüşün yekununa həsr olunan mətbuat konfransında bildirib: “Başika məsələsini danışdıq və Türk əsgərinin Başikadan çəkilməsi məsələsini müzakirə etdik. İnşallah ən yaxın zamanda həll olunacaqdır deyə ifadə etdilər, mövqeyiniz üçün təşəkkür edirəm”.

    Xatırladaq ki, ötən il oktyabrın 21-də Ankaraya səfəri zamanı ABŞ-ın müdafiə naziri Eşton Karter jurnalistlərə hər iki dövlətin rəhbərliyi İraqın Mosul şəhəri yaxınlığındakı Başika hərbi bazası və İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda iştirak etmək üçün prinsipial razılığa gəlindiyini söyləmişdi: "Hazırda bir müqavilə var. Ancaq indi bunun üzərində çalışırıq".

    Onu da qeyd edək ki, İraqın Mosul əyalətinin Başika bölgəsi yaxınlığında Türkiyənin hərbi bazası yerləşir. Onlar İraqın şimalındakı kürd muxtariyyətinin silahlılarına terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün təlim keçirlər. İraq Türkiyədən Mosul yaxınlığındakı Başikadan hərbçilərini çıxarmağı tələb edir. Türkiyə isə orada beynəlxalq hüquq normaları çərçivəsində mövcudluğunu bildirir. (Report)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.