Reklam
» » Karlovun adı öldürüldüyü sərgi salonuna verildi


Karlovun adı öldürüldüyü sərgi salonuna verildi

10-01-2017, 08:45
Oxunub: 151
Şərhlər: 0
Çap versiyası
 Karlovun adı öldürüldüyü sərgi salonuna verildiRusiyanın Ankaradakı səfiri Andrey Karlovun adı öldürüldüyü sərgi salonuna verilib.

Musavat.com-un məlumatına görə, bu barədə Türkiyənin milliyet.com saytında xəbər yer alıb.

Məlumata əsasən, Ankarada təşkil olunan tədbirdə iştirak edən Çankaya bələdiyyəsinin sədri Alper Taşdelen çıxış edərək, Andrey Karlovun artıq Çankayanın bağrında olduğunu vurğulayıb: “Rusiyanın Türkiyədəki səfiri müasir incəsənət sərgisində silahlı hücuma məruz qalaraq öldürüldü. Bu, həm türk, həm də rus xalqını dərindən yaralayan sui-qəsd idi. Bu sui-qəsd Türkiyə-Rusiya münasibətlərinə, barış, diplomatik əlaqə, qardaşlıq və dostluğa qarşı planlanmışdı. Dəyərli Karlovun adı sui-qəsdə məruz qaldığı sərgi salonuna verilir. Bundan sonra Andrey Karlov Çankayanın bağrında yaşayacaq”.

Qeyd edək ki, dekabrın 19-da Ankarada müasir incəsənət sərgisində təşkil olunan tədbirdə çıxış edən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov polis əməkdaşı tərəfindən öldürülmüşdü.

скачать dle 10.6фильмы бесплатно
<
Məqalənin reytinqi:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.