• Rus Dili
  • Reklam
    » » Səngəçalda magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb
    

    Səngəçalda magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb

    11-01-2017, 10:30
    Oxunub: 180
    Şərhlər: 0
    Çap versiyası
     Səngəçalda magistral qaz kəmərində baş vermiş yanğın söndürülübBakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    "Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

    Dövlət Neft Şirkətinin mütəxəsisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əməliyyat saat 00:58-də başa çatıb", - deyə FHN-in məlumatında bildirilir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.