• 11:21 – Gürcüstana gedən daha bir jurnalist saxlanıldı 
  • 19:51 – Səddamın, Qəddafinin, Talibanın alternativləri o saat tapılır, 6 ildir Əsədin alternativi tapılmır?! 
  • 11:00 – Ölkə məscidlərində bayram namazı qılınıb 
  • 10:35 – Yaponiyada 5,7 bal gücündə zəlzələ olub 

Rusiyada toydan sonra həyat yoldaşını öldürən azərbaycanlıya 14 il cəza tələb edilib

 Rusiyada toydan sonra həyat yoldaşını öldürən azərbaycanlıya 14 il cəza tələb edilibRusiyada toyundan bir həftə sonra həyat yoldaşını qətlə yetirən azərbaycanlıya prokuror 14 il həbs cəzası istəyib.

APA-nın Rusiya bürosunun məlumatına görə, ötən ilin aprel ayında Sankt-Peterburq şəhərində həyatı yoldaşı Gülnar Həbibovanı qətlə yetirməkdə təqsirləndirilən Samir Həbibovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə dövlət ittihamçısı məhkəmədən Samir Həbibova cəzasını ciddi rejimli koloniyada çəkməklə, 14 il azadlıqdan məhrumetmə cəzası istəyib. Mərhumun ailəsi S. Həbibova qarşı 10 milyon rubl dəyərində iddia da qaldırıb.

S. Həbibovun vəkili isə 8 il həbs cəzası veriləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Gülnar və Samir Həbibovlar ötən il aprelin 15-də ailə qurublar. Bir həftə sonra Gülnarın itkin düşməsi ilə bağlı polisə ilk olaraq həyat yoldaşı Samir müraciət edib. O, qadının Tibb Universitetinə dərsə getmək üçün evdən çıxdığını və telefonunun zənglərə cavab vermədiyini, söndürüldüyünü bildirib. Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsi ötən ilin mayın 26-da G. Həbibovanın qətlə yetirildiyi və qətldə şübhəli bilinən həyat yoldaşı, 32 yaşlı Samir Həbibovun saxlanıldığı barədə məlumat yayıb. S. Həbibov istintaqın gedişində həyat yoldaşını öldürdüyünü etiraf edib, meyitin yerini göstərib. O, qətlin təsadüf nəticəsində baş verdiyini bildirib.

Ağır cinayətdə ittiham olunmasına baxmayaraq, məhkəmə onun barəsində İstintaq müddətində həbs-qətimkan tədbiri seçməyib. S. Həbibov ev dustaqlığına buraxılıb.

Məhkəmə yanvarın 19-da S. Həbibova hökm oxuyacaq. скачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================