Reklam
» » Azərbaycan klubu "Fənərbağça" ilə qarşılaşacaq


Azərbaycan klubu "Fənərbağça" ilə qarşılaşacaq

11-01-2017, 22:15
Oxunub: 139
Şərhlər: 0
Çap versiyası
Azərbaycan klubu "Fənərbağça" ilə qarşılaşacaqAzərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, C qrupunun mübarizəsində rəqib Türkiyənin "Fənərbağça" klubu olacaq.

İlk turda hər iki komanda qələbə qazanıb. Bakı təmsilçisi evdə Polşanın "Dabrova Qornitsa" komandasına 3:1, İstanbul klubu isə səfərdə Fransanın "Sen-Rafael" komandasına 3:0 hesabı ilə qalib gəlib.

İlk oyunların nəticəsinə əsasən "Fənərbağça" qrupda birinci, "Azərreyl" isə ikinci pillədə qərarlaşıb. Bu gün İstanbulda qələbə qazanan qrup liderliyində möhkəmlənəcək.

Çempionlar Liqası, qrup mərhələsi, II tur

C qrupu

20:00. "Fənərbağça" (Türkiyə) - "Azərreyl" (Azərbaycan)
Hakimlər: İvaylo İvanov (Bolqarıstan), Simyon Santi (İtaliya)
İstanbul. Burhan Felek Voleybol Salonu
"Azərreyl" növbəti oyununu fevralın 9-da keçirəcək. Bakıda baş tutacaq görüşdə rəqib "Sen-Rafael" klubu olacaq.скачать dle 10.6фильмы бесплатно
<
Məqalənin reytinqi:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.