• Rus Dili
  • Reklam
    » » Donald Tramp dünya liderləri ilə telefon müzakirələrini davam etdirir
    

    Donald Tramp dünya liderləri ilə telefon müzakirələrini davam etdirir

    5-02-2017, 14:00
    Oxunub: 152
    Şərhlər: 0
    Çap versiyası
     Donald Tramp dünya liderləri ilə telefon müzakirələrini davam etdirirDonald Tramp bu gün İtaliyanın baş naziri Paolo Qentiloni və Ukrayna prezidenti Petro Poroşenko ilə telefon söhbəti aparacaq.

    İtaliyanın baş naziri ilə telefon müzakirəsi Avropa İttifaqının Malta sammitindən bir gün sonraya təsadüf edir. Görüş zamanı liderlər blokun gələcəyini müzakirə edib.

    Qentiloni və digər Avropa liderləri Trans-Atlantik alyansın qüdrətini şübhə altına alan Trampa qarşı dik duracaqlarına vəd verib.

    Sammit iştirakçıları qurumun liderlərinin mart ayında İtaliyada keçiriləcək görüş zamanı Aİ-nin gələcəyi ilə bəyannamədə yer alacaq ideyaları müzakirə edib.

    Həmin görüş Roma sazişinin 60-cı ildönümü münasibəti ilə keçiriləcək. Saziş daha sonra Avropa İttifaqına yol açan Avropa İqtisadi İcmasının təsisini mümkün etmişdi.

    Qentiloni deyib ki, Tramp administrasiyasının daxili məsələlərlə məşğul olması Avropa İttifaqına dünya ölkələri ilə ticarət əlaqələrini genişləndirməsinə yaxşı bir fürsər olardı.

    Ukrayna böhranı

    Tramp inaqurasiyasından sonra ilk dəfə telefonla danışacağı Petro Poroşenko ilə Ukraynanın qərqindəki müharibə zonasında son günlər zorakılıqların artmasını müzakirə edəcək.

    Ötən həftə Ukrayna qüvvələri və Rusiyayönümlü döyüşçülər arasında döyüşlər nəticəsində onlarla insan həlak olub.

    Poroşenko zorakılıların vüsət almasına görə Qərbin Rusiyaya qarşı sanksiyalarının davam etdirilməli olduğunu deyir.

    Trampın Rusiya ilə münasibətləri normallaşdırmaq vədləri sanksiyaların yüngülləşdiriləcəyinə dair narahatlıqlara səbəb olub.

    ABŞ-ın BMT-dəki səfiri Nikki Hali Rusiyanın Ukraynadakı təcavüzünü tənqid edərək, sanksiyaların qüvvədə qalacağını bildirib ("Amerikanın səsi").скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.